"Ümumdünya ətraf mühitin mühafizəsi günü" birlikdə qeyd edək
24.05.2017
Hörmətli pedaqoji şura üzvləri,
Hörmətli məktəb direktorları,
Hörmətli müəllimlər
Sizə Birləşmiş Millətlər Təşkilatının ətraf mühit proqramı adından müraciət edirik. Sizə və şagirdlərinizə 5 iyun tarixində “Ümumdünya ətraf mühitin mühafizəsi günü”nü qeyd etmək üçün bizə qoşulmağı təklif edirik.
Bildiyiniz kimi, Ümumdünya ətraf mühitin mühafizəsi günü planetimiz və onun resursları barəsində maarifləndirmə məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan ən böyük tədbirdir. “Təbiətlə insanların vəhdəti” 2017-ci ildə keçiriləcək tədbirin mövzusu seçilmişdir. Düşünürük ki, bu təbir təbiətin gözəlliyini, ruhumuza və səhhətimizə müsbət təsirini şagirdlərinizə xatırlatmaq üçün əla fürsətdir.
Biz bütün müəllimləri 5 iyun tarixindən başlayan həftə ərzində təbiət qoynunda dərs keçməyə çağırırıq ki, şagirdlər məktəbdə olarkən “təbiətlə vəhdəti” hiss edə bilsinlər. Necə düşünürsünüz, siz şagirdlərinizi yaxınlıqda yerləşən parka, bağa, meşəyə aparıb orada riyaziyyat, dil və ya digər dərsləri keçirə bilərsinizmi?
Düşünürük ki, bütün dünyada uşaqlar bu günü təbiətdə keçirsələr və təbiətlə yaxınlığı hiss etsələr bizim keçirdiyimiz maarifləndirmə cəhdi dəyərli və maraqlı ola bilər. Şagirdlər uşaqlıqdan təbiətə yaxın olsa, bu onları planetimizə ehtiyatla yanaşmağa və gələcəkdə dayanıqlı dünyanı təmin etməyə təhrik edəcək.
Tədbir ərəfəsində naturalist Devid Attenboro deyir: “Körpəlikdən təbiətin gözəlliyinə heyran olmayan uşaq yoxdur. Biz təbiətin bir hissəsiyik”.
Bu səbəbdən sizə mümkün olan bütün məktəblərdə təbiət qoynunda dərs keçməyi təklif edirik. Bizə qoşulsanız və bu haqda məlumat versəniz, sizin məktəbi iştirakçılar siyahısına əlavə edib haqqınnızda məlumatı veb saytımızda yerləşdirərik.
“Ümumdünya ətraf mütinin mühafizəsi günü”, 2017-ci ilin mövzusu və digər tədbirlər haqqında daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.
Yaxın zamanda biz təbiət qoynunda keşiriləcək dərs zamanı istifadə edə biləcəyiniz tədris paketlərini məktəblərə göndərəcəyik.
Əlavə məlumat üçün və ya iştirakınızın təsdiqi üçün koordinatorlarımıza müraciət edə bilərsiniz.
“Təbiətlə insanların vəhdəti” gününün təşkilində iştirakınız üçün əvvəlcədən təşəkkür edirəm.
Hörmətlə,
Yan Dusik
Direktor
BMT-ətraf mühit, Avropa ofisi