"Şagirdlərdə davranış pozuntularının korreksiyası" mövzusunda seminar (məktəb psixoloqları üçün)
04.11.2019
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb psixoloqlarını 13 noyabr saat 14:30-da "Şagirdlərdə davranış pozuntularının korreksiyası” mövzusunda seminara dəvət edir.
Seminarda davranış pozuntuları olan şagirdlərlə müasir iş üsulları təqdim olunacaq və psixoloqlar həmin üsulları təcrübədə yoxlamaq imkanı əldə edəcəklər.
Məlumat üçün qeyd edək ki, bu cür seminarların təşkilində məqsəd məktəb psixoloqlarının peşəkar fəaliyyətinə dəstək verməklə məktəbdə sağlam sosial-emosional mühit qurulmasını təmin etməkdir.
Seminar 90 dəqiqə davam edəcək və ödənişsizdir.
Aşağıdakı qeydiyyat formasını doldurmaqla seminarda iştirak üçün müraciət edə bilərsiniz.
Qeyd: Seminara dəvət qeydiyyatdan keçmə ardıcıllığına uyğun aparılacaqdır.