ELANLAR

Elektron qiymətləndirmə vərəqi

30.05.2020

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi ilə iki sorğu forması hazırlanmışdır:

  1. “Müəllimin elektron özünüqiymətləndirmə vərəqi”
  2. “Məktəb rəhbərliyinin müəllimi elektron qiymətləndirmə vərəqi”

Birinci sorğu formasını hər bir müəllim özü müstəqil və obyektiv şəkildə cavablandırır. Digər sorğu forması isə müəllimin fəaliyyət göstərdiyi təhsil müəssisəsinin rəhbərliyi (məktəb direktoru və ya direktor müavini) tərəfindən doldurulur.

Hər iki qiymətləndirmə vasitəsinin məqsədi əldə olunmuş məlumatların təhlilinə əsasən müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirməklə ixtisasartırma proqramlarının hazırlanmasına töhvə vermək və müəllimlərin peşəkar inkişafına dəstək göstərməkdir.

Sorğu forması 20.06.2020-ci il tarixinədək aktiv olacaqdır.

Sorğuları aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:

Müəllimin elektron özünüqiymətləndirmə vərəqi: https://bit.ly/2MaDgvT

Məktəb rəhbərliyinin müəllimi elektron qiymətləndirmə vərəqi: https://bit.ly/2XiLMis