ELANLAR

Böhran zamanı uşaqlara psixososial dəstək - vebinar

19.12.2020

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllim və psixoloqlar üçün böhran zamanı uşaqlara psixososial dəstək göstərmək məqsədilə vebinar keçiriləcəkdir.

4 akademik saatı əhatə edəcək vebinarlarda müəllim və psixoloqlar psixoloji sağlamlıq, psixososial dəstək, səmərəli ünsiyyət, aktiv dinləmə, empatiya, stressin idarə edilməsi və s. barədə məlumatlandırılacaqlar. Eyni zamanda iştirakçılar pandemiyanın uşaqlarda yaratdığı psixososial narahatlıqlar və bu narahatlıqların təlim-tədris prosesinə təsiri, səmərəli ünsiyyət qurmaq və stressli situasiyaları idarə etmək mövzularında müzakirələrə cəlb olunacaq, bu kimi situasiyalarda konkret həll yolları barədə danışılacaqdır. Vebinar zamanı səmərəli ünsiyyət üçün faydalı məşhur «CARE» üsulu şərh olunacaqdır.

Vebinarda iştirak ödənişsiz və könüllüdür. İştirak etmək üçün aşağıdakı qeydiyyat linkini doldurmaq kifayətdir:

QEYDİYYAT