ELANLAR

"Şagirdlərdə imtahan stressinin aradan qaldırılması yolları" mövzusunda vebinar

14.04.2021

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi məktəb psixoloqlarını 20 aprel saat 14:00-da “Şagirdlərdə imtahan stressinin aradan qaldırılması yolları” mövzusunda vebinara dəvət edir.

Vebinar aşağıdakı mövzuları əhatə edir:

- İmtahan stressi, əlamətləri, səbəbləri;

- İmtahan stressinin ölçülməsi;

- İmtahanla bağlı mənfi düşüncələr və onların aradan qaldırılması;

- İmtahan stressini aradan qaldırmağın yolları.

Vebinarın təşkilində məqsəd məktəb psixoloqlarının peşəkar fəaliyyətinə dəstək vermək, onlara şagirdlərdə, xüsusən də abituriyentlərdə stress halının azaldılması ilə bağlı üsul və vasitələr təklif etmək, beləliklə də, məktəbdə sağlam sosial-emosional mühitin qurulmasını təmin etməkdir. 

Vebinar 90 dəqiqə davam edəcək və ödənişsizdir.

Aşağıdakı qeydiyyat formasını doldurmaqla vebinarda iştirak üçün müraciət edə bilərsiniz.

QEYDİYYAT