ELANLAR

Yay məktəbinin növbəti seminarı (Riyaziyyat müəllimləri üçün)

29.06.2021

4 iyul saat 18:00-da Bakı şəhəri Dədə Qorqud parkında riyaziyyat müəllimləri üçün Yay məktəbinin növbəti seminarı keçiriləcək. 
Budəfəki seminarın mövzusu "Fəza həndəsəsi: fəza fiqurları və müstəvinin tənliyi"dir. 271 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Abbasovanın moderatorluğu ilə keçiriləcək seminarda riyaziyyat müəllimləri iştirak edə bilərlər. Seminarda riyaziyyat fənninin  gündəlik həyatımızda əhəmiyyəti və eyni zamanda fənnin tədrisi zamanı yaranan problemlər, dərsliklərin məzmunu, fəza həndəsəsi bölməsinin tədrisi metodikası ilə bağlı fikirlər müzakirə ediləcək. 

90 dəqiqə davam edəcək və açıq havada keçiriləcək yay məktəbinə riyaziyyat fənnini tədris edən müəllimlər dəvətlidir. 

Qeyd edək ki, "Həmkara dəstək" layihəsi üzrə təşkil olunan yay məktəbinin məqsədi müəllimləri təlimdən, dərsdənkənar öyrənməyə cəlb etmək, səmimi və rahat bir mühitdə həmkarları ilə əməkdaşlığa təşviq etməkdir. Layihənin qarşısında aşağıdakı vəzifələr dayanır: 

- Müəllimlərin diqqətini dərsliklərlə bağlı dəyişikliklərə cəlb etmək və metodik vəsaitlərlə işləməyin vacibliyini vurğulamaq;

- Müəllimlərin pedaqoji sahədə bilik və bacarıqlarını artırmaq;

- Mütəxəssis və müəllimlər arasında əməkdaşlığı möhkəmləndirmək;

- Eyni zamanda müəllimləri bir-biri ilə əməkdaşlığa cəlb etmək.

Qeyd olunan vəzifələrin icrası üçün yay ayları ərzində açıq havada müxtəlif mövzularda seminarların təşkili nəzərdə tutulur.

 

Seminarda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmaq tələb olunur:

 

QEYDİYYAT