"Məktəb psixoloquna dəstək" layihəsi çərçivəsində "Şəxsi inkişaf" seminarı
22.08.2021
ARTİ TİPİM tərəfindən “Məktəb psixoloquna dəstək” layihəsi çərçivəsində seminarların təşkili davam edir. “Şəxsi inkişaf” mövzusunda məktəb psixoloqları üçün növbəti seminar 26 avqust saat 12:00-da Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində keçiriləcəkdir.
Seminarın moderatoru beynəlxalq dərəcəli müəllim, təlimçi Orxan Həsənovdur.
Seminar 120 dəqiqə davam edəcək və seminar zamanı iştirakçılar:
- inanc sistemləri, onların bizim həyatımıza təsiri;
- hədəflərin təyin olunması;
- motivasiya və iradə;
- vaxtın səmərəli planlaşdırılması;
- 20/20/20 formulu ilə çalışmaq prinsipi və s. kimi mövzular barədə məlumatlandırılacaqlar və fikir mübadiləsi həyata keçiriləcəkdir. Seminara hazırda məktəb psixoloqu kimi fəaliyyət göstərən şəxslər dəvətlidir. Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/g76EvQcQzowGyyjt7
Qeyd edək ki, seminarda iştirak üçün yerlər məhduddur və ilk müraciət edən şəxslərlə əlaqə saxlanılacaq.