FAYDALI MATERİALLAR

Özünüdərk üçün 26 vacib sual

15.08.2017

Sinfinizdəki şagirdlərin şəxsiyyət kimi formalaşmasında sizin rolunuz danılmazdır. Şagirdlərinizdə gedən özünüdərk prosesini tənzimləməkdə bu material köməyinizə gələ bilər.

Özünüdərkin faydaları:

  • Emosiyaları və əhvalı idarə etmək bacarığı
  • Başqaları ilə qənaətbəxş münasibətlər
  • Güclü özünə dəyər vermə  hissi
  • Hədəflərə çatmaq əzmi
  • Müstəqil düşüncə
  • Əqidə ilə vəhdətdə hərəkət etmək
  • Reaksiya vermək deyil, cavab verməyi (fikir bildirməyi) öyrənmək
  • Düşünülmüş qərar qəbul etmək
  • Özünü qəbul etmək

Özünüdərk məqsədilə sual vermək üsulu böyüklər arasında kifayət qədər uğur qazanmışdır.  Həmin sualların xüsusi modifikasiyası 10 yaşdan yuxarı uşaqlar üçün münasibdir. Şagirdlərin sualı tam anlayıb rahat cavab vermələri üçün şərait yaradılmalıdır. Eyni zamanda uşağın şəxsiyyətinə hörmətlə yanaşmağınız çox vacibdir.

  1. Sənin hansı güclü tərəflərin vardır?
  2. Yaşayış yerini seçmək imkanın olsaydı, harada yaşamaq istəyərdin? Niyə?
  3. Bu məktəb ili üçün hədəflərin nədir?
  4. Problemin olanda kimə danışırsan? Onlar sənə necə kömək edirlər?
  5. Necə əylənməyi sevirsən?
  6. Nədən narahatsan?
  7. Əgər cəmi bir arzunun reallaşması şansı olsaydı, hansını seçərdin?
  8. Valideynlərinin sənin haqqında nələr bilməsini istərdin? Sinif yoldaşları və ya dostlarının sənin haqqında nə bilməsini istərdin?
  9. Nədən utanırsan?
  10. Özünü harada daha təhlükəsiz hiss edirsən?
  11. Qorxmasaydın, nə edərdin?
  12. Uğursuzluq sənin üşün nə deməkdir? Özünü uğursuz hiss etmisənmi? Necə öhdəsindən gəlmisən?
  13. Hirslənəndə hisslərini necə bildirirsən? Bədənin nə hiss edir? Nə haqqında düşünürsən?
  14. Səni başqalarından fərqləndirən nədir?
  15. Böyüklərin (valideynlər, baba, nənə, müəlimlər və s.) hansı sözü sənə həqiqətən təsir edir? Səncə, onlar haqlıdır?
  16. İnsanların səni bəyənmədiyini hiss edəndə, nə edirsən?
  17. Fəxr etdiyin nailiyyətin hansıdır?
  18. Nələr sənin nəzarətin altındadır? Nələr nəzarətindən kənardır? Bəzi şeylərin sənin nəzarətindən kənar olduğunu biləndə nə hiss edirsən?
  19. Məktəbinizdə nə xoşuna gəlir? Nə xoşuna gəlmir?
  20. Stres zamanı nə edirsən?
  21. Özünə deyə biləcəyin tərif  nədir?
  22. Ən xoşbəxt xatirən hansıdır?
  23. Əhvalın pis olanda nə edirsən? Səncə, ağlamaq yaxşıdır? Qışqırmaq necə?
  24. Hansı kitabı (filmi, musiqi qrupunu, xörəyi, rəngi, heyvanı və s.) sevirsən?
  25. Həyatında nəyə görə minnətdarsan?
  26. Özündə nəyi bəyənirsən?

 

Sayt üçün hazırladı: Nigar Kərimova