Emosional intellekt (zəka) testi
16.11.2017
Əziz müəllimlər! Emosional zəka səviyyənizi ölçmək məqsədi ilə sizə sorğu təqdim edirik. Suallara tam olaraq dürüst cavab verdiyinizdən əmin olun. Testin sonunda cavablarınıza uyğun olaraq balları toplayıb, emosional intellektinizin inkişafı üçün əlavə işlərin görülməsinə ehtiyac olub-olmadığına özünüz qərar verəcəksiniz.
- Tənqid olunduqda
- Məhəl qoymuram
- Qulaq asıb, öyrənirəm
- Özümü müdafiə edirəm.
- Əsəbi oluram
A – 3 bal, B – 4 bal, C – 2 bal, D – 1 bal.
- Çətin vəziyyətə düşdükdə
- Qorxuram
- Geri çəkilirəm
- Müsbət mövqe tuturam
- Məsuliyyəti digərlərinə ötürürəm
A – 1 bal, B – 2 bal, C – 4 bal, D – 3 bal.
- Hədəfimin arxasınca getdikdə, narahatlıq, qəzəb, qorxu və stress ilə bacara bilirəm.
- Heç razı deyiləm
- Razı deyiləm
- Bitərəf
- Razıyam
- Şəxsi və peşəkar inkişaf üçün rəy və tənqidlərdən istifadə edə bilirəm.
- Heç razı deyiləm
- Razı deyiləm
- Bitərəf
- Razıyam
- Yumor hissimi uyğun vaxt və uyğun yerdə, sarkazmdan istifadə etmədən və heç kimin hisslərinə toxunmadan istifadə edirəm.
- Heç razı deyiləm
- Razı deyiləm
- Bitərəf
- Razıyam
- Mən, hadisəyə digərlərinin baxış bucağından baxa bilirəm.
- Heç razı deyiləm
- Razı deyiləm
- Bitərəf
- Razıyam
- Davranışımın başqalarına emosional təsirini görə bilirəm.
- Heç razı deyiləm
- Razı deyiləm
- Bitərəf
- Razıyam
- Şikayətim olduqda fikrimi düzgün ifadə edə bilirəm.
- Heç razı deyiləm
- Razı deyiləm
- Bitərəf
- Razıyam
- Digərlərini səbr və anlayışla dinləyirəm.
- Heç razı deyiləm
- Razı deyiləm
- Bitərəf
- Razıyam
3-9-cu suallar üçün: A – 1 bal, B – 2 bal, C – 3 bal, D – 4 bal.
- Çox intizamlı və həvəsliyəm.
- Heç vaxt
- Bəzən
- Tez-tez
- Həmişə
- Stressli vəziyyətlərdə asanlıqla özümdən çıxmıram və duyğularımı ələ ala bilirəm.
- Heç vaxt
- Bəzən
- Tez-tez
- Həmişə
- Hər hansı mövzuda düzgün olduğumu bilsəm də, digərlərinin fikirlərinə qulaq asıram.
- Heç vaxt
- Bəzən
- Tez-tez
- Həmişə
10-12-ci suallar üçün: A – 1 bal, B – 2 bal, C – 3 bal, D – 4 bal.
- İki dostunuz mübahisə edir. Sizin edəcəyiniz:
- Hər ikisinin bir-birinin fikrini anlamasına kömək etməyə çalışacağam.
- Mübahisə bitənə qədər hər ikisindən uzaq duracağam.
- Birinin tərəfini seçib digəri haqqında danışacağam.
- Hər ikisinin emosiyalarını mənə yönləndirməklərinə şərait yaradacağam.
A – 4 bal, B – 2 bal, C – 1 bal, D – 3 bal.
- Dostunuz sizə valideynini itirdiyini deyir. Sizin cavabınız:
- Ona hisslərini ifadə etməyə imkan yaradıb öz köməyinizi təklif edəcəksiniz
- Onu digər dotlarınızla harasa getməyə razı salıb, itkisini unutdurmağa çalışacaqsınız
- Tək qalmağına imkan yaradacaqsınız
- Onunla vaxt keçirəcəksiniz, amma itkisi barədə danışmayacaqsınız
A – 4 bal, B – 1 bal, C – 2 bal, D – 3 bal.
- Xoşagəlməz bir iş ilə qarşılaşmısınız. Cavab olaraq:
- Plan quraraq hər gün bu işi az-az yerinə yetirəcəksiniz
- İşin icrasını ən son tarixə saxlayacaqsınız.
- Mümkün qədər tez yerinə yetirib bitirəcəksiniz
- Ümumiyyətlə işi icra etməyəcəksiniz
A – 4 bal, B – 2 bal, C – 3 bal, D – 1 bal.
- Qızğın bir mübahisəyə qoşulduğunuz halda:
- Mübahisəyə davam etməzdən öncə fasilə edin
- Üzr istəyib təslim olun, çünki mübahisəyə son vermək istəyirsiniz
- Digər insanı təhqir edəcəksiniz
- Cavab verməyib sakit duracaqsınız
A – 4 bal, B – 3 bal, C – 1 bal, D – 2 bal.
- Tapşırıq üzərində çox çalışsanız da, nəticəniz zəif olur. Sizin edəcəyiniz:
- İşinizdə dəyişiklik etmək və daha yaxşı nəticə əldə etmək üçün yollar düşünəcəksiniz
- Rəhbərliyə daha yaxşı qiymət üçün müraciət edəcəksiniz
- Məyus olub işinizi tənqid edəcəksiniz
- Tapşırığın mənasız olduğunu düşünəcəksiniz
A – 4 bal, B – 3 bal, C – 2 bal, D – 1 bal.
- İş yoldaşınızın bezdirici vərdişi var. Sizin edəcəyiniz:
- Ona bu vərdişi barədə deyəcək və sizi narahat etdiyini bildirəcəksiniz
- Onun rəhbərinə şikayət edəcəksiniz
- Digərlərinə bu haqda danışacaqsınız
- Reaksiya verməyəcəksiniz.
A – 4 bal, B – 3 bal, C – 1 bal, D – 2 bal.
- Öhdənizdə bir neçə ağır iş olduğu halda rəhbərlik sizə yeni iş tapşırır. Hissləriniz:
- İşləri bitirə bilməyəcəyiniz üçün narahat olacaqsınız
- Tam olaraq işlərinizlə məşğul olacaqsınız
- Rəhbərlik barədə əsəbi düşünəcəksiniz
- Məyus olub işləri bitirə bilməyəcəyinizdən əmin olacaqsınız.
A – 4 bal, B – 3 bal, C – 2 bal, D – 1 bal.
- Bir iş üzərində çox böyük əmək sərf edirsiniz, birlikdə işlədiyiniz insan isə kollektivdə sizin işlərinizi öz işi kimi qələmə verir.
- Dərhal bütün kollektivin arasında məlumatın səhv olduğunu elan edirsiniz
- Həmin şəxslə ayrılıqda bu barədə danışacaqsınız
- Heç nə etməyəcəksiniz
- Həmin şəxs danışıb bitirəndən sonra işinizi təqdim etdiyi üçün ona təşəkkür edəcək və hamıya işiniz barədə daha detallı məlumat verəcəksiniz.
A – 2 bal, B – 3 bal, C – 1 bal, D – 4 bal.
Nəticələr:
68-80: Siz son dərəcə yüksək emosional zəkaya maliksiniz. Özünüzün və digərlərinin hisslərinə uyğun olaraq anlamaq, təfsir etmək və düzgün davranmaq qabiliyyətləriniz var. Emosional, ictimai vəziyyətlər və münaqişələr zamanı effektiv hərəkət edərək digərlərinin hisslərinə toxunmadan öz fikirlərinizi bildirə bilirsiniz.
60-68: Kifayət qədər yüksək nəticə əldə etsəniz də, hələ də inkişafa ehtiyacınız var. Öz emosional intellektinizi effektiv istifadə edib-etmədiyinizi bilmək üçün digərlərinin reaksiyalarına fikir verin. Hisslərin yüksək ifadə olunduğu ictimai və şəxsi hallara obyektiv nöqteyi-nəzərdən baxdıqda və analiz etdikdə, emosional zəkanız daha da inkişaf etmiş olacaq.
48-60: Çox hallarda düzgün reaksiya versəniz də, bəzən uduzursunuz. Digərləri ilə səbrsiz olursunuz və özünüzü belə hallarda narahat hiss edirsiniz.
40-48: Emosional zəkanız bir az zəifdir. Təzyiq altında olduqda və əsəbi olduqda öz hisslərinizi ələ ala bilmirsiniz. Çalışın ki, hisslərinizi sakitləşdikdən sonra ifadə edəsiniz.
40-dan az: Emosional zəkanız həddən artıq zəifdir. Demək olar ki, hər gün stress və həyəcan yaşayırsınız. İşinizdə istədiyiniz inkişafı əldə edə bilmirsiniz.