Müəllim kimi nə dərəcədə ədalətlisiniz? (test)
28.11.2017
- Sinif nümayəndəsi təyin etdiyiniz şagird:
- Müəllimlərlə yaxşı münasibət saxlayandır.
- Yaxşı oxuyandır.
- Lider keyfiyyətlərinə malikdir.
- Sinifdə ən çox təriflədiyiniz şagird:
- Müəllimlərlə yaxşı münasibət saxlayıb, onları hər mövzuda məlumatlandırır.
- Yaxşı oxuyandır, nəticələri yüksəkdir.
- Nəticəsi zəif olsa da, çalışqandır.
- Açıq dərslərdə ən məsuliyyətli işi etibar edirsiniz:
- Yaxşı oxuyan şagirdə.
- Zəif nəticəsi olan şagirdlərlə əlavə məşğul olursunuz ki, onlar da iştirak edə bilsin.
- Valideynləri iştirak edən şagirdə.
- Siz otaqda olmayanda şüşəni sındırıblar:
- Sinifdə ən yaxın münasibətdə olduğunuz şagirdlə təklikdə danışıb məlumat alacaqsınız.
- Şübhələndiyiniz şagirdlərlə danışacaqsınız.
- İbrətamiz bir hadisə danışacaqsınız, günahkarı cəzalandırmayacağınızı söz verəcəksiniz.
- Sinifdə konfliktiniz olan şagird var.
- Onu sinfini dəyişməyə məcbur edəcəksiniz.
- Yenidən tərbiyə etməyə çalışacaqsınız.
- Səbr edib münasibəti düzəltməyə çalışacaqsınız.
- Müəllimlər otağında digər müəllimin başına gələn gülməli hadisəni danışırlar:
- Siz də hamı kimi güləcəksiniz.
- Bu halı düzgün hesab etmədiyinizi hamıya deyəcəksiniz.
- Mövzunu dəyişməyə çalışacaqsınız.
- Valideynlər narazıdır ki, bir neçə sevdiyiniz şagirdə daha yüksək qiymət yazırsınız.
- Heç bir cavab vermirsiniz, onların nə düşündüyü sizin üçün önəmli deyil.
- Valideyn iclasında bütün verdiyiniz qiymətləri əsaslandırmağa çalışacaqsınız.
- Həmin valideynləri dərsə dəvət edəcəksiniz.
A – 0 bal, B – 1 bal, C – 3 bal.
Nəticələr:
0 – 6 bal: Psixoloji hazırlığa ehtiyacınız var. Öz pedaqoji səhvlərinizi görmürsünüz. Şagirdlər sizə “dözməyə” çalışır, bəzən, hətta qorxurlar.
7 – 12 bal: Tədris və tərbiyə işində həmişə ədalətli deyilsiniz. Bəzi səhvlərinizi şagirdlərin anlaşıqlı olması hesabına kompensasiya edə bilərsiniz.
13 – 16 bal: Müasir dövr pedaqoqlarına nümunə ola bilərsiniz, amma təkmilləşməyə ehtiyacınız var, çünki daim inkişafda olmalısınız. Qərar verməkdə tələsməyin ki, şagirdlərlə münasibətdə həmişə ədalətli ola biləsiniz.
17 – 21 bal: Ədalət hissiniz çox yaxşı inkişaf edib. Düzgün qərar qəbul edə bilirsiniz. Amma digər müəllimləri öyrətməyə çalışmayın, icazə verin onlar da sizin nümunənizdə inkişaf etsinlər.
Mənbə: http://pedsovet.su/
Azərbaycan dilinə tərcümə etdi: Sara Ələkbərli