Pedaqoji keyfiyyətlərin ölçülməsi üçün test
04.12.2017
Pedaqoji keyfiyyətlərin ölçülməsi üçün test.
(Nə dərəcədə yaxşı müəllimsiniz?)
Aşağıdakı sualları “hə” və “yox” variantları ilə cavablandırın.
- Tipik qaydada işlənməmiş yeni mövzunun tədrisinə istəklə can atırsınızmı?
- Uşaqlarla münasibətdə tez-tez müraciət etdiyiniz üsulları asanlıqla dəyişə bilirsinizmi?
- Müəllim olduqdan sonra məktəb və tələbəlik illərinizdən təəssüf hissi ilə yadda qalan xatirələrinizi tezmi unutdunuz?
- Müxtəlif situasiyalar zamanı standart davranışlarınızdan qətiyyətlə imtina edə bilirsiniz?
- Şagirdlərinizin əqli bacarıqlarını və mənəvi keyfiyyətlərini nəzərə alaraq, onları güclü, orta, zəiflərə bölərək xarakterik cəhətlərini düzgün səciyyələndirə bilirsinizmi?
- Şagirdlərinizlə işlədikdə simpatiya və antipatiyalarınızdan imtina edə bilirsiniz?
- Universal iş qaydalarının olmadığını və işin müxtəlif mərhələlərində, müxtəlif vəziyyətlərdə fərqli qaydalar tətbiq etmək lazım olduğunu hesab edirsinizmi?
- Rəhbərlik ilə müqayisədə şagirdlərlə münasibətdə münaqişədən qaçmaq sizə daha asan gəlirmi?
- Şagirdlərin tərbiyə və tədris stereotipləri ilə bağlı ali məktəbdə öyrəndikləriniz və məktəbdə tətbiq olunanlardan qətiyyətlə imtina etmək istəyirsinizmi?
- Şagirdləriniz haqqında yaranan ilk intuitiv təəssüratlarınız düzgün olurmu?
- İşinizdəki uğursuzluqlarınızı obyektiv səbəblərlə deyil, öz çatışmazlıqlarınız ilə izah edirsinizmi?
- Effektiv iş üçün vaxt çatışmamazlığını hiss edirsinizmi?
- Sizin iştirakınız və idarəçiliyiniz olmadan şagirdlərinizin adekvat münasibət göstərəcəklərinə əminsiniz?
- Eyni hərəkətlərə görə müxtəlif şagirdlərinizi fərqli yollarla cəzalandırır və ya mükafatlandırırsınızmı?
Aşağıdakı cədvəldə hər sualın cavablarına uyğun ballar qeyd olunub.
№ |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
Hə |
1 |
0 |
0 |
0 |
2 |
1 |
1 |
0 |
1 |
1 |
0 |
0 |
0 |
1 |
Yox |
0 |
1 |
1 |
2 |
0 |
0 |
0 |
2 |
0 |
0 |
2 |
1 |
2 |
0 |
0 – 5 bal: Zəif müəllimsiniz, şagirdlərlə münasibət qurmaq sizin üçün çətindir. Öz üzərinizdə çalışmalı, tərbiyə və tədrisin metodikasını öyrənməlisiniz.
6 – 10 bal: Uşaq kollektivi ilə işləmək üçün biliklərə yiyələnməyiniz zəruridir. İş yoldaşlarınızla, təcrübəli müəllimlərlə tez-tez əlaqə saxlayın. Pedaqoji və psixoloji ədəbiyyat oxuyun.
11 – 15 bal: Yaxşı pedaqoqsunuz, lakin həddən artıq ideal nəticə üçün çalışırsınız. Şagirdlərə daha çox sərbəstlik verin, onları idarə edərək, həm də onlarla köməkləşib iş görün.
16 – 20 bal: Savadlı və təcrübəli müəllimsiniz. İşinizdə şablonlardan qaçırsınız, yaradıcı yanaşma tərziniz var. İş yoldaşlarınız və rəhbərlik ilə münasibətlərinizə fikir verin. Gərginliyə səbəb sizmi olursunuz?
Müəllif: M.İ.Stankina
Azərbaycan dilinə tərcümə etdi: Sara Ələkbərli