Musiqi və nitqin ritmikası
08.12.2017
Əvvəllər də pediatrlar hesab edirdilər ki, musiqi ilə məşğul olan uşaqların nitqi daha yaxşı inkişaf edir. Elmi təcrübə bu məsələyə tam aydınlıq gətirdi.
Sietlin Vaşinqton Universitetində aparılmış tədqiqatın nəticəsində müəyyən olundu ki, məhz musiqi nitqin ritmini dəqiq mənimsəməyə və idrakın inkişafına kömək edir.
Araşdırmada 9 aylıq olan 39 uşaq iştirak etmişdir. Onlar 2 qrupa bölünmüşdülər. Bir qrupda sadəcə oyuncaqlar qoyulmuş, digər qrupda isə oyuncaqlarla oynayan uşaqlara 15 dəqiqəlik vals səsləndirilmişdir. Tədqiqatçıların seçdiyi bu musiqinin içində xarici dildə sözlər də var idi. 12 seansdan (oyun və musiqi) sonra sinir hüceyrələri – neyronların yaratdığı qıcıqların reaksiyası analiz edilmişdir. Nəticədə məlum olmuşdur ki, II qrupda (musiqi sədaları altında oynayan uşaqlarda) beyin qabığının alın payı və eşitmə mərkəzi aktivləşmişdir.
Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences (PNAS)” elmi jurnalında çap edilmişdir.
Tərcümə etdi: Fərqanə Seyidli