FAYDALI MATERİALLAR

Mentorlara ehtiyac güclənir

22.02.2018

Mentorlara ehtiyac güclənir      

Son araşdırmalar göstərir ki, yeni işə başlayan müəllimlərin səriştəli  mentorlarla təmin edilməsi şagirdlərin akademik nailiyyətlərini yüksəldir.  

      Əvvəlki araşdırmalar göstərirdi ki, mentorlar müəllimlərin işdən getməsinin  qarşısını alaraq, müəllim çatışmazlığı və ya onların öz işlərindən narazılığı kimi problemləri həll etməyə kömək edə bilər. Mentorun köməkliyi olmadığı dövrlərdə təxminən üç müəllimdən biri iş həyatının beşinci ilində işdən uzaqlaşırdısa, hazırda mentorların köməyi ilə bu nisbət yeddidə birə qədər azalmışdır.

      Yeni tədqiqat  isə mentorluğun şagirdlərə də təsir etdiyini vurğulayır. Belə ki, müəllimlər yüksək səviyyəli mentorluq proqramlarında iştirak edərkən şagirdlərdə əhəmiyyətli akademik irəliləyişlər müşahidə olunur. Araşdırmada müəyyən edilmişdir ki, müəllimləri Yeni Müəllim Mərkəzinin mentor proqramında iştirak edən şagirdlər oxunu və riyaziyyatı iki ay ərzində, nəzarət qrupundakı yaşıdları isə oxunu dörd ay, riyaziyyatı isə beş ay ərzində mənimsəmişlər.

Tədqiqatçılar səmərəli mentorluğun aşağıdakı şərtlərini qeyd edir:

- mentorlar savadlı və səriştəlidir;

- mentor dərsləri mütəmadi olaraq müşahidə edir;

- müşahidənin sonunda müəllimlə lazımi əks-əlaqə qurur;

- şagird nailiyyətlərini əks etdirən statistik məlumatlardan istifadə edərək müəllimin inkişaf sahələrini müəyyən edir.

  Tədqiqata 600 yeni müəllim cəlb edilmiş, bu müəllimlərdən yarısı 2 illik mentorluq və induksiya proqramlarının iştirakçıları, qalan yarısı isə adi halda işləyənlər olmuşdur.

   Mentorlar yeni müəllimlərlə, demək olar ki, hər həftə təkbətək görüşlər keçirərək onlara dərsin planlaşdırılması haqqında məsləhətlər vermiş və şagird işlərini təhlil etməkdə kömək göstərmişlər. Ay ərzində təxminən 3 saatlıq mentor görüşləri şagird nailiyyətlərini yüksəltmək yolunda o qədər də böyük vaxt sərfiyyatı deyil. Yeni Müəllim Mərkəzinin direktoru Ellen Moir deyir: “Yeni işə başlayan müəllim hazırlıqlı və səmərəli öyrətmə  bacarıqlarına sahib olduqda şagirdlər daha çox öyrənir. Bu da bizə şagirdlər arasında nailiyyət fərqini  azaltmağa imkan verir.  Və biz bütün şagirdlərə uğur qazanmaq üçün ədalətli şərait yaradırıq.”

      Beləliklə: Mentorluq işi davamlı olaraq daha da güclənir. Mentorlar müəllimlərin işdən getməsinin qarşısını almağa, iş məmnuniyyətini yaxşılaşdırmağa kömək edir və ən yeni dəlil də budur ki, nəticədə şagird nailiyyəti yüksəlir.

Müəllif: Youki Terada