FAYDALI MATERİALLAR

EMOSİONAL İNTELLEKT: NƏDİR VƏ NƏYƏ LAZIMDIR

27.02.2018

EMOSİONAL İNTELLEKT: NƏDİR VƏ  NƏYƏ  LAZIMDIR

Emosional intellekt anlayışı kütləvi leksikona daxil olan kimi  öz yeniliyi ilə böyük şöhrət qazandı: orta səviyyə İQ-sü olan insanlar uğurlarına görə ən yüksək İQ-lü adamları 70 % üstələyir. Bu yenilik insanların çoxunun düşüncəsində uğurun yeganə yolunun İQ olması təsəvvürünü dəyişdi. Onilliklərlə araşdırmalar artıq emosional intellektə “ulduz icraçıları” üzə çıxaran  faktor kimi yanaşır.

Emosional intellekt – bizim hər birimizdə olan qeyri-maddi “nə isə”dir. Davranışlarımızı tənzimləməyimizə, sosial çətinliklərdə mövqeymizi seçməyimizə və müsbət nəticəli şəxsi qərarlarımızı verməyə təsir göstərir. Emosional intellekt iki əsas kompetensiyaya (şəxsi və sosial) daxil olan dörd əsas vərdişdən ibarətdir.

Şəxsi kompetensiya bizim başqa insanlarla ünsiyyətimizdən daha çox, fərdi olaraq özümüzə hədəflənmiş özünüdərk və özünüidarə vərdişlərimizi əhatə edir. Şəxsi kompetentlik – öz emosiyalarımızdan xəbərdar olmaq və davranışlarımızı, tendensiyamızı idarəetmə bacarığımızdır.

- Özünüdərk – öz emosiyalarınızı dəqiq qəbul edə bilmə və baş verdiyi anda onlardan xəbərdar olma bacarığıdır.

- Özünüidarə - aktiv qalmaq və öz davranışlarımızı pozitiv idarə edə bilmək üçün emosiyalarımızı anlamağımızdan istifadə  bacarığımızdır.

- Sosial kompetentlik -  sizin sosial məlumatlanma  və ünsiyyətin idarəedilməsi sahəsində vərdişlərinizdən ibarətdir; sosial kompetentlik – təsirli reaksiya verə bilməniz və ünsiyyətinizin keyfiyyətini yüksəltmək üçün  başqalarının əhvalını, davranışını və motivlərini anlama bacarığınızdır.

- Sosial məlumatlılıq – başqalarının emosiyalarını dəqiq qavrama və həqiqətdə nə baş verdiyini anlaya bilmə bacarığıdır.

- Ünsiyyətin idarəedilməsi – qarşılıqlı fəaliyyətin uğurlu idarəsi üçün özünüzün və başqalarının emosiyalarını dərkinizdən istifadə etmək bacarığınızdır.

 

Emosional intellekt, İQ və şəxsiyyət anlayışları fərqlidir.

Emosianal intellekt insan davranışının fundamental elementi kimi təzahür edir və intellektdən fərqlidir. İQ ilə emosional intellekt arasında əlaqə yoxdur; siz insanın nə qədər bilikli olmasına baxıb emosional intellekti üçün proqnoz verə bilməzsiniz. İntellekt – sizin 15 yaşınızda olduğu kimi, 50 yaşınızda da öyrənə bilmə bacarığınızdır. Emosional intellekt isə inkişafı mümkün olan bir ovuc çevik vərdişdir. Baxmayaraq ki, bəzi insanlar digərlərindən fərqli olaraq sövqtəbii emosional cəhətdən intellektualdırlar, digərləri  bununla doğulmasalar belə, emosional intellektlərini inkişaf etdirə bilərlər.

Şəxsiyyət – bulmacanın sonuncu fraqmentidir. Bu, bizim hər birimizi müəyyənləşdirən stabil “üslub”dur. Şəxsiyyət  introversiya və ya ekstraversiyaya  meyllilik kimi qəti seçimlərin nəticəsi kimi təzahür edir. Həmçinin İQ kimi şəxsiyyət də emosional intellektin proqnozlaşdırılması üçün yetərli deyil. İQ kimi ömür boyunca stabildir və dəyişmir. Beləliklə, İQ, emosional intellekt və şəxsiyyət – hər üçü birlikdə  insanın kimliyini müəyyən edir.

 

Emosional intellekt nəticəni müəyyən edir

Emosional intellekt sizin peşə uğurlarınıza necə təsir göstərir? Qısa cavab: çox! Bu, öz enerjinizi bir istiqamətə yönəltməyinizdir ki, bu da möhtəşəm nəticə verir.  “Talent  Smart” emosional intellekti digər 33 vacib vərdişlə birgə sınaqdan keçirmiş və aşkarlamışdır ki, bütün növ iş yerlərində məhsuldarlıqda  58% uğurun səbəbinin ən önəmli predikatı emosional intellektdir.

Sizin emosional intellektiniz bir çox tənqidi vərdişin əsasıdır; o, sizin hər gün nə söylədiyinizə və nə danışmağınıza təsir göstərir.

İş başında öyrəndiyimiz şəxslərə görə aşkarladıq ki, əla idarəçilərin 90%-i yüksək emosional  intellektə malikdirlər. Digər tərəfdən, aşağı mövqeli icraçıların 20%-i yüksək emosional intellektə malikdir. Siz emosional intelektsiz də yaxşı icraçı ola bilərsiniz, amma inkişaf   şansınız  aşağı olacaq.

Təbiidir ki,  emosinal intellekti yüksək olan insanlar digərlərinə nisbətən daha artıq qazanc əldə edirlər. Emosional intellekt və gəlir arasındakı əlaqə o qədər birbaşadır ki, emosional intellektin hər bir vərdişinin artımı illik qazanca xeyli əlavə edir. Bu nəticə istehsalın bütün sahələrində və dünyanın hər yerində özünü doğruldur. Bizə hələ indiyədək məhsuldarlığı  emosional intellektlə bağlı olmayan iş yeri tapmaq müyəssər olmayıb.

 

Siz emosional intellektinizi yüksəldə bilərsiniz

Sizin emosional və rasional “beyniniz” arasındakı ünsiyyət emosional intellektin fiziki mənbəyidir. Emosional intellektin yolu arxa beyində başlayır. Sizin ilk hissləriniz bura daxil olur və öz təcrübəniz haqqında mühakimə yürüdənədək beyninizin ön hissəsinə yol tapır. Əvvəlcə o, emosiyaların generasiya olunduğu yer – limbik sistemə daxil olur. Beləliklə, hadisələrə rasional reaksiyadan əvvəl emosional reaksiyamız yaranır. Emosional intellekt beynin rasional və emosional mərkəzləri arasında səmərəli ünsiyyət tələb edir.

 

Müəllif: Travis Bredberri

Mənbə: https://www.weforum.org/agenda/2017/02/why-you-need-emotional-intelligence?utm_content=buffer31172&utm_medium=social&utm_source=facebook.com&utm_campaign