FAYDALI MATERİALLAR

Konveyer və koridor

18.04.2018

Konveyer və koridor

Uşaqlar 5 yaşları tamam olan kimi bağçanı tərk edərək təhsil “konveyer”inin üstündə səyahətə yola düşürlər. Onlar birinci sinfə əsasən kinestetik varlıqlar kimi daxil olurlar. Müəllimlər başa düşürlər ki, onların yeni şagirdləri reallığı, ətraf dünyanı əşyalara toxunaraq, qoxlayaraq, itələyərək, ataraq araşdırırlar. İbtidai məktəbdəki əsas iş “prosedurlardan keçməkdir” – vaxtın çox hissəsi şagirdlərin kinestetik yolla öyrədilməsinə sərf edilir. 

Orta məktəb siniflərində öyrənmə tərzi kinestetikdən audiala keçir. Bu keçidə adaptasiya ola bilməyən şagirdləri “məktəb konveyeri”ndən uzaqlaşdırırlar. Həmin şagirdləri “koridor”a (dəstəkləyici tədbirlər, sinifdə qalma, xüsusi siniflər) göndərirlər.

Yuxarı siniflərə qalxdıqca “məktəb konveyeri”nin üslubu yenidən dəyişir və daha çox vizual olaraq təsbit olur. Məzmun daha da abstrakt, simvolik və qrafik olur. Yeni üsluba adaptasiya ola bilməyən şagirdlər konveyerdən düşürlər və “koridor”da yer alırlar. Beləliklə, “koridor”da əsasən audiallar və kinestetiklər toplaşır.

Sizin məktəbdə “koridor” ilə “konveyer” əlaqəsi necə qurulub? Siz buna necə təsir göstərə bilərsiniz?

Maykl Qrinderin “Məktəb konveyerinin sazlanması” kitabından fraqment