FAYDALI MATERİALLAR

Layihələr metodu

01.05.2018

Layihələr metodu

Aşağıdakı Çin sözləri, layihə təliminə epiqraf kimi hesab oluna bilər:

"Mənə de, mən də unudum.

Mənə göstər, mən yadımda saxlayım.

Məni cəlb et, mən  öyrənim".

Layihələr metodu müasir tədrisin interaktiv üsullarından biridir. Bu, öyrənmə prosesinin ayrılmaz bir hissəsidir. E.S.Polatın qeyd etdiyi kimi, layihələr metodundan istifadə təcrübəsi göstərir ki, "birlikdə öyrənmək yalnız daha asan və daha maraqlı deyil, həm də daha səmərəlidir".

Layihələr metodu elə bir öyrənmə sistemidir ki, bu prosesdə şagird tədricən mürəkkəbləşən praktiki tapşırıqları - layihələri müstəqil planlaşdırıb həyata keçirməklə bilik və bacarıqlar əldə edir. Layihə latın dilində "projektus" sözündən olub "irəli atılan" deməkdir. Fransız dilində  "proyekt" “gələcəkdə həyata keçiriləcək bir niyyət” deməkdir. Layihələr metodu keçən əsrin əvvəlində yaranmışdır. Onun təsisçiləri amerikalı alimlər Dyui və Kilpatrikdir. Bu gün layihələr metodu müvəffəqiyyətlə inkişaf edir. Müxtəlif layihə təsnifatları var.  E.S.Polat layihə növlərini ayırmaq üçün altı əsas meyar təklif etmişdir:

1. Layihədə istifadə olunan üsul və ya fəaliyyətə görə:

  • Tədqiqat
  • Yaradıcı
  • Rollu oyun
  • Məlumat xarakterli
  • Tətbiqi

2. Mövzuya görə:

  • Monolayihələr
  • Fənlərarası layihələr

3. Ərazi əlaqəli:

  • Daxili və ya regional
  • Beynəlxalq

4. Layihə iştirakçılarının sayına görə:

  • Fərdi
  • Cütlərlə
  • Qrupla

5. Layihənin müddətinə görə:

  • Qısa müddətli
  • Orta müddətli
  • Uzun müddətli

6. Nəticələrə görə:

  • Hesabat, albom, kolleksiya, kataloq, almanax
  • Plan, sxem, plan-xəritə
  • Video
  • Sərgi və digərləri.

Simon Haynes isə aşağıdakı növ layihələri təsvir edir:

  • İnformasiya və araşdırma layihəsi
  • Sorğu layihəsi
  • İstehsalat layihəsi
  • Rollu oyunlar və dramatik tamaşalar layihəsi

Layihə üzrə işlərin mərhələləri:

  • məqsədin müəyyən edilməsi;
  • problemlərin müəyyən edilməsi, ziddiyyətlər, vəzifələrin formalaşdırılması;
  • mümkün tədqiqat variantlarının müzakirəsi, metodların seçilməsi;
  • müəllimin köməyi ilə şagirdin öyrənməsi;
  • fəaliyyətlərin gedişatı, məsuliyyətlərin bölüşdürülməsi barədə düşünmək;
  • tədqiqat: müxtəlif problemlərin həlli, tənzimləmə;
  • əldə edilən məlumatların ümumiləşdirilməsi, nəticələrin xülasəsi;
  • uğur və səhvlərin təhlili, düzəliş.