Raven testi (5-9 yaşlı uşaqlarda intellektin diaqnostikası üçün)
10.07.2018
Uşağa izah edilir ki, hər bir lövhədə boş qalan yerə uyğun gələn fraqmenti yerləşdirsin. Böyüklərdən fərqli olaraq uşağa daha geniş izah verilməlidir. Testin tam başa çatması üçün 20 dəqiqə vaxt verilir. Uşaqlar üçün lövhələrin sayı cəmi 35 ədəddir. Test tapşırığının icrası zamanı psixoloq müşahidə aparmalıdır.
Bir əsas məsələni də diqqətinizə çatdıraq ki, Raven intellekt testi uşağın intellekt səviyyəsini öyrənməklə yanaşı, onun inkişafı üçün də mühüm rol oynayır.
Açar: Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Ravenin «Rəngli matrisalar» metodikası üzrə uğurluluq səviyyəsi