FAYDALI MATERİALLAR

Sözlü-məntiqi təfəkkürün inkişaf səviyyəsinin tədqiqi üçün "Artıq sözü tapın" metodikası

12.07.2018

Bu metodika kiçik yaşlı məktəblilərdə sözlü-məntiqi təfəkkürün inkişaf səviyyəsinin tədqiqi üçün nəzərdə tutulmuşdur. Bu, onların ümumiləşdirmə, mühüm əlamətləri fərqləndirmə qabiliyyətlərini qiymətləndirməyə imkan verir. Metodikanın keçirilməsi üçün saniyəölçən və cavabların qeydiyyatına aid protokol lazımdır.

Blankda hər sırada 4 söz olmaqla 15 seriya sözlər yazılmışdır. 

“Artıq sözü tapın” metodikasına aid blank

1. Kitab, çanta, çemodan, pul kisəsi;

2. Soba, neft, şam, elektrik plitəsi;

3. Saat, eynək, tərəzi, termometr;

4. Qayıq, araba, motosikl, velosiped;

5. Təyyarə, mıx, arı, sərinkeş;

6. Kəpənək, ştangenpərgar, tərəzi, qayçı;

7. Ağac, kitab rəfi, süpürgə, çəngəl;

8. Baba, müəllim, ata, ana;

9. Qırov, toz, yağış, şeh;

10. Su, külək, kömür, ot;

11. Alma, kitab, kürk, qızılgül;

12. Süd, gavalı, pendir, çörək;

13. Tozağacı, şam, giləmeyvə, palıd;

14. Dəqiqə, saniyə, saat, axşam;

15. Akif, Faiq, Saleh, İslamov

Metodika üzrə iş fərdi qaydada aparılır. İşə başlamazdan əvvəl şagirdə belə bir təlimat verilir: Sıralarda yazılmış 4 sözdən üçü müəyyən dərəcədə eynicinsli anlayışlardır və onları ümumi bir sözlə ifadə etmək olar. Sözlərdən biri isə bu tələblə uzlaşmır. Ona görə də siz uyğun gəlməyən artıq sözü tapıb, altından xətt çəkməlisiniz. Çalışın ki, tapşırığı tez və səhvsiz yerinə yetirəsiniz.

Əgər şagird təlimatı başa düşməkdə çətinlik çəkirsə, eksperimenti aparan şəxs bir nümunə ilə onu təlimatlandırır. Uşaq işin prinsipini anladıqdan sonra onun işinə müdaxilə edilmir. Eksperimenti aparan şəxs vaxt sərfini nəzərə almaqla hər bir tapşırığın düzgün yerinə yetirilməsini protokolda qeyd edir.

Tapşırığın yerinə yetirilməsi aşağıdakı açara əsasən belə qiymətləndirilir: Hər bir doğru cavaba görə 2 bal; Səhv cavaba görə 0 bal; Maksimum bal – 30.

Açar:

1)  Kitab, 2) Şam, 3) Eynək, 4) Qayıq, 5) Arı, 6) Kəpənək, 7) Ağac, 8) Müəllim, 9) Toz, 10) Külək, 11) Alma, 12) Çörək,

13) Giləmeyvə, 14) Axşam, 15) İslamov.