FAYDALI MATERİALLAR

Təhsil hüququ ixtisaslı müəllim tələb edir

04.10.2018

 Təhsil hüququ ixtisaslı müəllim tələb edir

1994-cü ildən bəri hər il 5 oktaybr tarixi 1966-cı ildə İLO (Beynəlxalq Əmək Təşkilatı) ilə UNESCO-nun Müəllimlərin Statusuna dair Tövsiyə sənədinin qəbulunun ildönümü kimi qeyd olunur. Bu Tövsiyə müəllimlərin hüquq və vəzifələri, ilkin hazırlığı, gələcək təhsili, işə qəbul, məşğulluq, təlim və tədris şərtləri ilə bağlı standartlarını müəyyənləşdirir. Ali məktəb heyətinin statusu ilə bağlı tövsiyə 1997-ci ildə qəbul edilmiş və ali təhsildə tədris və tədqiqatı əhatə edərək 1966-cı il tövsiyəsini tamamlamışdır.

Təhsil 2030 Gündəliyinə nail olmaq üçün müəllimi əsas qüvvə kimi tanıyan Dayanıqlı İnkişaf Məqsədlərinin Keyfiyyətli təhsil məqsədi və onun xüsusi 4C hədəfinin (Müəllimlər və təhsil işçiləri) qəbulu ilə Beynəlxalq Müəllim Günü bu peşənin təşviqi yolundakı inkişafı və qalmaqda olan çətinliklərlə mübarizə yollarını qeyd etmək üçün vasitə olmuşdur.

Biz bu il Beynəlxalq Müəllim Gününü qeyd etməklə dünya ictimaiyyətinə “Təhsil hüququ ixtisaslı müəllim tələb edir” fikrini də xatırladırıq. Bu mövzu təhsilin əsas hüquq kimi qəbul edildiyi İnsan Hüquqları Bəyannaməsinin (1948-ci il) 70 illik yubileyi şərəfinə seçilib. Bu hüquq ixtisaslı müəllimlər olmadan təmin edilə bilməz.

Bu hüququn dünya miqyasında təmin edilməsində qarşıya çıxan ən vacib problemlərindən biri də davamlı olaraq müəllim çatışmazlığıdır. UNESCO-nun Statistika İnstitutuna görə, 264 milyon uşaq və gənc hələ də məktəbdən kənardadır və 2030-cu ilədək hamı üçün ibtidai və orta təhsil hədəfinə çatmaq məqsədi ilə dünyanın təxminən 69 milyon yeni müəllimə ehtiyacı var. Bu “müəllim boşluğu” daha çox həssas əhali – qızlar, əlillər, qaçqın və məcburi köçkün uşaqlar, kəndlərdə və ucqar yerlərdə yaşayan yoxsul uşaqlar arasında görünür.

Təlimli və ixtisaslaşmış müəllimlər təhsil hüququnun əsasıdır.

Beynəlxalq Müəllim Günü UNESCO, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Təhsillə əməkdaşlıqda qeyd edilir.

"Beynəlxalq Müəllim Günündə biz müəllimlərin bütün dünyadakı uşaqların və gənclərin həyatının yaxşılaşdırılmasına mühüm töhfələrini qeyd etməklə, ixtisaslı müəllimlərə qlobal dəstəyin artırılmasına sadiq olduğumuzu təsdiqləyirik. Biz bütün hökumətləri və beynəlxalq ictimaiyyəti bu işdə bizə qoşulmağa çağırırıq ki, şəraitdən asılı olmayaraq bütün uşaqlar və gənclər keyfiyyətli təhsil və daha yaxşı bir gələcək haqqını qazansınlar."

UNESCO-nun baş direktoru Odri Azulay,

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder,

UNİCEF-in icraçı direktoru Henreitta H. Fore,

BMT-nin İnkişaf Proqramının inzibatçısı Eykim Steyner

Beynəlxalq Təhsil təşkilatının baş katibi Devid Edvardsın

birgə müraciətindən