FAYDALI MATERİALLAR

Dəyişikliyin təşkili

18.10.2018

 Dəyişikliyə gedən yol asan ola bilməz. Bu proses mütəmadi fəaliyyət, improvizasiya, qiymətləndirmə, təcrübə və şəraitin nəzərə alınması ilə istiqamətin təkrar-təkrar müəyyənləşdirilməsini tələb edir. Əsas elementləri qısaca təsvir etmək üçün aşağıdakı sxemdən istifadə etmək olar: konsepsiya, bacarıqlar, stimul, resurslar və fəaliyyət planı:

Səmərəli dəyişiklik üçün bütün bu elementlər vacibdir. İnsanların can atmalı olduğu gələcək haqqında təsəvvürə ehtiyacı var. Onlar dəyişikliyə qadir və lazımi bacarıqlara malik olduğunu, üz tutduğu ünvanın hazırda dayandığı yerdən yaxşı olduğunu, nəzərdə tutulan nəticənin dəyişiklik üçün göstərilən səylərə dəydiyini bilmək istəyir.

İnsanlar dəyişiklik üçün şəxsi və maddi resurslara ehtiyac duyur. İnsanlar, həmçinin onları ünvana çatdıracaq, ya da, heç olmasa, yola çıxmağa kömək edəcək inandırıcı fəaliyyət planına ehtiyac duyur – hətta bu plan yol boyunca dəyişsə belə.

Dəyişikliklər qarşısındakı ən böyük maneələrdən biri onların ərsəyə gətirilməsi üçün ehtiyac duyulan müxtəlif elementlər arasında uzlaşmanın olmamasıdır. Bu elementlərdən biri çatışmadıqda proses axsaya bilər və, adətən, belə də olur. Bu, aşağıdakı sxemdə öz əksini tapır:

Bütün bu elementlər yerindədirsə, insanların olduqları yerdən olmaq istədikləri yerə doğru hərəkəti üçün real şans yaranır. Liderlərin rolu insanların düzgün istiqamətdə hərəkət etməsinin təmin olunmasına yardım etməkdən ibarətdir.

                                               Ken Robinsonun “Yaradıcı məktəblər” kitabından