FAYDALI MATERİALLAR

Ən yaxşı müəllimin xüsusiyyətləri

26.11.2018

Uğurlu müəllim olmağın çoxlu xüsusiyyət və metodları var. Bunlar müəllimlərin özləri kimi müxtəlif və fərdidir. Lakin müəllimin uğur qazanmağında böyük payı olan bir qrup xüsusiyyət və metodlar da mövcuddur ki, onlar zamanın sınağından keçmişdir. Aşağıdakı siyahıda “Ən yaxşı müəlllim kimdir?” sualına şagirdlərin nöqteyi-nəzərindən cavablar verilmişdir.

  1. Entuziazm

  • Şagirdlər müəllimin həvəsini hiss edirlər.

  • Şagirdlər müəllimin işinə və fənninə olan sevgisini asanlıqla müəyyən edə bilirlər.

  1. Hazırlıq

  • Müəllim ixtisasını bilir.

  • Müəllim dərslərini gündəlik planlaşdırır və hazırlayır.

  1. Dəqiqlik

  • Həmişə dərsə vaxtında gəlir.

  • Dərsi vaxtında başlayır və bitirir.

  • Şagirdləri dərsə vaxtında gəlməyə həvəsləndirir və bunu onlardan gözləyir.

  1. Dəstək və qayğı

  • Şagirdlərin uğurlarına dəyər verdiyini onlara hiss etdirir.

  • Şagirdləri ilə birlikdə vaxt keçirir.

  • Yaradıcılıq üçün şərait yaradır.

  • Səmimi və nəzakətlidir.

  • Dəstək verir və həvəsləndirir.

  • Gülərüz, qayğıkeş və sevgi ilə doludur.

  1. Ardıcıllıq (və ya sabitlik)

  • Heç bir dərsi buraxmır.

  • Şagirdlərlə rəftarı sabitdir.

  • Yaxşı dərs keçməyə həmişə hazırdır.

  1. Nəzakətlilik

  • Şagirdlərlə hörmətlə rəftar edir.

  • Heç kimi alçaltmır.

  • Sinifdə şagirdləri pərt etmir.

  1. Tələbkarlıq və nəzarət

  • Səmimi bir tələbkarlığı var.

  • Öyrətmə prosesində mövzuya aidiyyəti olmayan məsələlərə toxunmur.

  1. Sinifdə favoritlər yaratmır.

  2. Fərdi yardım edir.

  • Anlayışları izah etməyə vaxt ayırır.

  • Şagirdlərə fərdi diqqət göstərir.

  1.  Fərdi müxtəliflikləri qəbul edir.

  2.  Aydın izahlar verir.

  • Anlamaq üçün aydınlıq gətirir.

  • Öyrənmə tapşırıqlarına əyləncə qatır.

  • Pis, qıcıqlandırıcı və diqqət yayındıran vərdişləri aradan qaldırır.

  1. Şagirdlərini utandırmır.

  • Şagirdləri tənqid etməkdən yayınır.

  1. Şagirdlərinə böyük ümidlər bəsləyir.

  2. Təvazökardır.

  3. Ədalətlidir.

  4. Fərqli metodlardan istifadə edir.

  • Müxtəlif öyrənmə metodlarından istifadə edir.

  • Təcrübələr aparır.

  • Spontan öyrənməyə şərait yaradır.

  1.  Yumor hissi var: ruhi sakitlik yaratmağı bacarır.

  2. Vaxt itkisinə yol vermir.

  • Yaxşı bir temp qoyur və sürət dəyişkənliyini təmin edir.

  • Şagirdləri vacib olmayan işə cəlb etmir.

  1.  Mətn istifadəsi

  • Mətnin köləsi deyil.

  • Mətndən yol xəritəsi kimi istifadə edir.

  1.  Azı 1-2 gün planlaşdırılmış kursa riayət edir.

  2. Ekskursiyalar və digər fəaliyyətlər təşkil edir.

  • Şagirdlərin ekskursiyada qazandığı təcrübəni dərsdə tətbiq edir.

  1.  Dərsi həmişə oturaraq  keçmir.

  2. Şagirdlərlə müvafiq şəxsi münasibət saxlayır.

  • Məşhurlaşmaq uğrunda vuruşmur.

  • Sağlam müəllim-şagird münasibəti qurur.

  • Şagirdlərə hörmətlə yanaşır (Unutmayın ki, bəzən faydalı olduğunu düşündüyünüz məsələlər  ̶  məsələn, şagirdlərlə zarafatlaşmaq onlar tərəfindən bəyənilməyə və etirazla qarşılana bilər).

  1.  Yalnız bir neçə şagirdin sinfi ələ almağına və dominantlıq etməyinə imkan vermir.

  2.  Dəqiq qeydlər aparır:

  • Tapşırıqların yerinə yetirilməsi.

  • Dərsə davamiyyət.

  • Sınaq nəticələri.

  • Qiymətləndirmə.

Mənbə: www.educationcorner.com/characteristics-of-top-teachers.htmln

Tərcümə etdi: TİPİİ-nin əməkdaşı Turan Sadıqlı