FAYDALI MATERİALLAR

Niyə yeniyetmələr üçün klassik ədəbiyyat darıxdırıcıdır?

13.12.2016

“Cəhrayı zürafə” nəşriyyatının redaktoru Nadejda Kruçenitskayanın klassik və müasir ədəbiyyat arasındakı konfliktlər barədə fikirləri sizə də maraqlı ola bilər. Niyə yeniyetmələr üçün klassik ədəbiyyat darıxdırıcıdır? Klassik ədəbiyyatı mütaliə etməyə uşaqları necə həvəsləndirmək olar?

Naşir, oxucu və valideyn kimi Nadejda Kruçenitskaya oxu ilə baglı bəzi problemlər görür.

1. Hamı bir səslə deyir ki, uşaqlar mütaliə etmir. 
2. Oxuyanda da vampir əfsanələri kimi cəfəngiyyat oxuyurlar.
3. İndi mütaliə tərzi başqa cür olub. İnformasiyanı qavrama üsulu dəyişib. Uşaqlar və tələbələr bizdən fərqli oxuyurlar və bu da nəsillər – müəllimlər və şagirdlər, valideynlər və uşaqlar arasında əlaqəni çətinləşdirir.

Gəlin iki tərəf - uşaqlar və böyüklərin mövqeyindən mütaliə problemi haqqında danışaq.

Uşaq mövqeyindən arqumentlər:

1.Klassik ədəbi əsərlərin böyük hissəsi uşaqlar üçün deyil, böyüklər üçün yazılmışdır. Uşaqlar bunu hiss edirlər. Bu, klassik ədəbiyyatın mütaliəsində ilk maneədir.

2.Əgər biz XIX əsr klassikası haqqında danışırıqsa, bu tamamilə başqa xronotopdur. Bugünkü məktəblilərlə “Yevgeni Onegin”in qəhrəmanı Tatyananın arasında dərin bir okean var. Uşaqlar Tatyanın onların həmyaşıdı olduğunu hiss etmir. Onlar özlərinə yad olan insanlar haqqında həvəssiz oxuyurlar.

3. Uşaqlara ona görə çətindir ki, onlar bu əsərlərlə “görüşə”hazırlıqsızdırlar.

Böyük mövqeyindən arqumentlər:

1.”Biz bütün bunları oxumuşuq, onlar da oxumalıdırlar”.

2.”Biz müasir uşaq kitablarını oxumuruq, amma dəqiq bilirik ki, onlar pisdir.”

3.Valideynlər istəyirlər ki, uşaqlarla onları birləşdirən bir bağ olsun. Bu çox vacibdir. Lakin, qarşılıqlı anlaşma qurmaq üçün klassikləri mütaliə etmək kifayət deyildir.

Əziz müəllim, bəs siz necə düşünürsünüz? Leyli ilə müasir şagirdimizi nə birləşdirir?