FAYDALI MATERİALLAR

"İşarələri yerləşdir" metodikası (Uşaqlarda diqqətin korreksiyası üçün)

09.09.2019

“İşarələri yerləşdir” metodikası

“İşarələri yerləşdir” metodikası 5-7 yaşlı uşaqlarda diqqətin keçirilməsi və paylanılmasının diaqnostikası və korreksiyası üçün istifadə olunur.

Təlimat: Göstərilən işarələri müvafiq olaraq hər bir kvadrat, üçbucaq, dairə və rombun daxilində yerləşdirmək lazımdır. Əvvəlcə uşağa şəkli göstəririk və təlimatı izah edirik. Daha sonra vaxt başlanır.

Diqqətin keçirilməsi və paylanılması düsturu:

S = N – 2.8 n / t

S – diqqətin keçirilməsi və paylanılması göstəricisidir.

N – tapşırığın yerinə yetirilməsi zamanı uyğun gələn həndəsi fiqurların sayı.

t – sərf olunan zaman.

n – tapşırığın yerinə yetirilməsi zamanı edilən səhvlərin sayı (“Səhv” dedikdə işarələrin düzgün yerləşdirilməməsi nəzərdə tutulur).

Nəticələrin qiymətləndirilməsi:

Ballar Göstəricilər İnkişaf səviyyəsi
10 bal S göstəricisi 1-dən böyükdür. Olduqca yüksək 
8-9 bal S göstəricisi 0.75-dən 1-ə qədərdir. Yüksək
6-7 bal S göstəricisi 0.5-dən 0.75-ə qədərdir. Orta 
4-5 bal S göstəricisi 0.25-dən 0.5-ə qədərdir. Aşağı
0-3 bal S göstəricisi 0-dan 0.25-ə qədərdir. Olduqca aşağı

Stimul material: 

“İşarələri yerləşdir” metodikasının digər variantları (yuxarıda verilən düstur bu variantlara aid deyil):

a)

b)