Sinifdə gender bərabərliyini necə inkişaf etdirmək olar
27.11.2020
Bütün sinif üzvlərinə cinsindən asılı olmayaraq uğur qazanma şansı verilməsi vacibdir. Ənənəvi stereotiplərə meydan oxuyaraq və şagirdləriniz üçün bərabər imkanlar yaradaraq sinifinizdə gender bərabərliyinə nail olmağa kömək edə bilərsiniz. Bu inklüziv sinif mühitini inkişaf etdirəcək, cinsindən asılı olmayaraq insanlar xoş və hörmətlə qarşılanacaq.
1-ci hissə. Gender stereotiplərinə meydan oxumaq
-
Ənənəvi cinsi stereotipləri dağıdan tədris nümunələri seçin. Dərslər zamanı həm peşəkar həyatda, həm də ev şəraitində ənənəvi gender rollarını alt-üst edən nümunələrdən istifadə edin. Bu, şagirdlərinizə müəyyən öhdəlikləri kimlərin üzərinə götürməli olduğu barədə təsəvvürlərini genişləndirmələrinə kömək edəcək.
-
Məsələn, bir kişi stüardessanın, bir qadın mexanikin və ya evdə qalan bir atanın (işləməyən) xüsusiyyətlərini göstərən tədris nümunələri göstərin.
-
Şagirdlərinizdən cinsiyyətçi dildən istifadə etdikdə nə demək istədiklərini soruşun. Məktəbdə “qız kimi qaçmaq” və ya “kişi olmaq” kimi cinsiyyətçi fikirlər eşitdikdə bu üslubdan istifadənin sosial təsirlərini izah edin. Bu ifadələrin hər iki cinsiyyətdə də qoyduğu məhdudiyyətləri izah etmək şagirdlərinizin düşünmə bacarıqlarının inkişafına kömək edə bilər.
-
Məsələn, “Sənin Murada qız kimi oynayırsan dediyini eşitdim. Bununla nə demək istəyirsən? Bir çox qadın tennisdə çox məharətlidir. Məsələn, Serena Williams.
-
Və ya, “Vüsala kişi ol dediyini eşitdim. Bu sənin üçün nə ifadə edir? Skripkada ifa etmək çətindi və Vüsal onu öyrənmək üçün çox çalışıb. Bunda kişi olub-olmamaqla əlaqəli nəyinsə olduğunu düşünmürəm.
-
Sinif materialları bir cinsi stereotipləşdirdikdə bu haqda düşünün. Dərs mətnləri və ya videolar bir cinsi ifadə edən zaman bunu açıq şəkildə müzakirə edin və materialı başa düşməyin nə demək olduğu barədə danışın. Bu, şagirdlərinizə mənbələri tənqidi təhlil etməyə kömək edəcəkdir.
-
Məsələn, Azərbaycan dili dərsində kişilərdən istiqamət və rəğbət görmək istəyən qadın təsvir olunur. Bu haqda fikirlərinizi bildirə bilərsiniz. Məsələn, “Qadınlar özləri özlərinə bəs edir və bu qədər kiminsə onlara rəhbərlik etməsinə ehtiyac yoxdur. Hekayə müəllifinin bu hekayə ilə bizə nə demək istədiyini düşünürsünüz? Sizcə qadınlara münasibəti necədir?
2-ci hissə. Bərabər imkanların yaradılması
-
Bütün şagirdlərdən müxtəlif sinif işlərində iştirak etmələrini istəyin. Fiziki işləri oğlanlara, dizaynla bağlı və ya təşkilati vəzifələri qızlara verməyin. Bütün işləri bütün şagirdlərə bərabər şəkildə tapşırın.
-
Qızlar oğlanlar kimi idman ləvazimatlarını da daşımağı mükəmməl bacarırlar.
-
Hər iki cinsdən şagirdlərə müraciət edin. Şagirdləri dərsə qatılmağa çağırdığınız zaman cinslər arasında dəyişiklik etməyə diqqət edin. Araşdırmalar göstərir ki, kişi və qadın müəllimlər oğlanlara daha çox müraciət etməyə meyllidirlər.
-
Dəyişiklik bütün şagirdlərə eşidilmə şansı verəcək.
-
Bəzi şagirdlərin digərlərindən daha utancaq olduğunu müşahidə etdikdə, növbəli şəkildə daha sakit şagirdləri çağırın. Beləliklə, hər kəs öz töhfəsini verəcək.
-
Hamıya eyni şəkildə müraciət edin. Qızlara “əzizim”, “canım” və ya oğlanlara “centilmen”, “alicənab” kimi nəvaziş göstərən ifadələrdən istifadə etməyin. Yaxşı niyyətli olsa belə, bu üslub aşağılayıcı və ya hər hansı bir cinslə daha səmimi qəbul edilə bilər.
-
Şagird sizdən müəyyən müraciət formasından istifadə etməyinizi istəmədiyi halda ona adı ilə müraciət edin.
-
Sinif layihələri və müzakirələr üçün qarışıq cinslərdən ibarət qruplar yaradın. Şagirdlərə qrup işləri tapşıram zaman qarışıq cinslərdən ibarət qruplar yaradaraq oğlan və qızların güclü komanda üzvü ola biləcəklərini göstərin. Şagirdlər özləri qruplar yaradan zaman çox vaxt cinslərinə görə özlərini ayırırlar.
-
Qrupda bu cür birlikdə çalışmaq şagirdlərinizə hər iki cinsin də prosesə dəyərli töhfələr verə biləcəyini göstərəcəkdir.
-
Əgər sinfinizdə qrup layihələrinə çox yer vermirsinizsə, sinfinizi inteqrasiya etmək və hər iki cins üzrə uşaqlar arasında əlaqəni artırmaq üçün şagirdlərinizi qarışıq şəkildə əyləşdirin.
-
Bütün şagirdləri hisslərini bölüşməyə təşviq edin. Dərsdə şagirdləri həm oğlanları, həm də qızları narahat edən cari hadisələr və ya maraqlandıqları mövzularla əlaqədar hisslərini müzakirə etməyin sağlam və normal olduğuna əmin edin. Tez-tez sinif müzakirəsi şəxsi maraq dairəsinə və ya milli xəbərlərə yönələ bilər.
-
Məsələn, mühüm bir hadisə baş veribsə, beş dəqiqənizi ayırın və dərsdən öncə bu haqda danışın.
-
Bir qrup lisey və ya kollec tələbəsinə müraciət edə bilərsiniz: “Bilirəm ki, hamımız dünənki hadisə haqqında düşünürük. Bu hadisələr üzücü və hamı üçün çox emosional ola bilər. Siz necə hiss edirsiniz? Hisslərinizi bölüşə bilərsiniz. ”
-
Daha kiçik yaşlılar üçün, məsələn, “Səhərki yanğın siqnalı məni həqiqətən təəccübləndirdi. Biraz qorxduğumu hiss etdim. Siz necə? Hisslərinizi paylaşa bilərsiniz.
3-cü hissə. İnklüziv mühitin inkişafı
-
Mümkün qədər neytral cinsi dildən istifadə edin. Şagirdlərinizə kollektiv olaraq müraciət edin. “Hamı” və ya “sinif” şagirdlərinizə əla xitab nümunələridir.
-
Şagirdlərdən öz cinsləri adından danışmağı istəməkdən çəkinin. Şagirdlərdən böyük bir qrupun yerinə deyil, öz adlarına danışmalarını xahiş edin. “Sizcə, bu hadisə ilə bağlı əksər oğlanlar necə hiss edər?” kimi suallar verməyin.
-
Sualı bu şəkildə ifadə edə bilərsiniz: “Bu hekayədə kişilərin təsvirinə münasibətiniz necə oldu?”
-
Həm oğlanların, həm də qızların müəyyən bir mətndə və ya əsərdə verilən cinsin necə təsvir olunduğunu müzakirə etmələrinə imkan yaradın. Məsələn, qadınların təsvirini yalnız qızların müzakirə etməsinə ehtiyac yoxdur.
-
Həm kişi, həm də qadın üçün tədris materialları seçin. Müxtəlif cinsdən perspektivləri əks etdirən materiallar axtarın. Tapmaqda çətinlik çəkirsinizsə, təcrübəli bir kitabxanaçı ilə ehtiyaclarınızı müzakirə edin.
-
Kitabxanaçı sizi yeni müəlliflər və ya rejissorlarla tanış edə bilər, beləliklə, tədris planınız daha əhatəli olacaq. Şagirdləriniz çoxsaylı perspektivlərdən faydalanacaqlar.
-
Müəyyən bir mövzuda bir sıra tənqidi fikirləri tapmaqda çətinlik çəkirsinizsə, bu çatışmazlığı yuxarı sinif şagirdləri üçün dilə gətirin. Bu bərabərsizliyi izah edə biləcək hər hansı tarixi və ya sosial konteksti təsvir edin.
-
Təchizat və ya materialları cinsinə görə ayırmaqdan çəkinin. Kiçik şagirdlər üçün kostyumları və incəsənət ləvazimatlarını oğlanlar və qızlar üçün bölmələrə ayırmaq yerinə, onları qarışdırın. Bu, şagirdlərinizə ənənəvi cinsiyyət rollarına sadiq qalmaqla bağlı narahatlıqları olmadan özlərini yaradıcılıqla ifadə etməyə imkan verəcəkdir.
-
Yaradıcı oyun inkişafın vacib bir hissəsidir. Oğlanlar gözə çarpan, parıltılı, qızlar isə polis məmuru kimi geyinməyi sınayarkən özlərini sərbəst hiss etməlidirlər.
-
Yaşca böyük şagirdlər üçün sinif tapşırıqlarında danışanın cinsinə əhəmiyyət vermədən sinifdə dialoqu ucadan oxumalarını xahiş edin. Bir qız bir oğlanın, hekayədəki qulluqçunun dialoqunu oxuduğu kimi bir kralın da dialoqunu asanlıqla oxuya bilər.
-
Öz tədris metodlarınızı araşdırmaq üçün sinifinizi lentə alın. Videonu izləyin, hər iki cinsin nümayəndəsini dərsə çağırıb-çağırmadığınızı, qızları oğlanları dinlədiyiniz kimi diqqətlə dinlədiyinizi və hər cinsdən olan şagirdlərə hansı növ suallar verdiyinizi qiymətləndirin.
-
Şagirdlərinizə daha ədalətli bir mühit yaratmaq üçün öz tədrisinizi necə uyğunlaşdıracağınıza dair strategiya hazırlayın.
-
Əksər məktəblər bununla bağlı problem yaratmır. Ancaq yenə də məktəb rəhbərliyindən icazə almağınız daha yaxşı olar. Öz tədris metodlarınızı müşahidə etmək üçün sinif çəkilişinə icazə vermələrini rəhbərlikdən xahiş edə bilərsiniz.
-
Etibarlı bir həmkarınızdan dərsinizdə oturub sizə əks-əlaqə bildirməsini xahiş edin. Həmkarınızdan cinsi bərabərliyi nəzərə alaraq sinfi necə idarə etdiyiniz barədə tənqidi əks-əlaqə verməsini xahiş edin. Bütün şagirdlərinizin nailiyyət əldə etməsinə imkan yaradacaq müxtəlif strategiya və yanaşmalar təklif etməsini xahiş edin.
-
Mümkün olsa, hər hansı inkişaf olub-olmadığını müəyyən etmək üçün növbəti dərslərdə də oturmasını xahiş edin. Əks təqdirdə yeni bir yanaşma üzərində müzakirə aparın.
-
Sinifdə gender bərabərliyini yaratmaq üçün xüsusilə uğurlu olduğunu düşündüyünüz bir müəllim varsa, optimal bir mühit əldə etmək üçün ondan məsləhətlər istəyin.
Materialın ingilis dilində orijinalını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://www.wikihow.com/Promote-Gender-Equality-in-the-Classroom
Tərcümə etdi: TİPİM-in əməkdaşı Sevinc Məmmədova