XƏBƏRLƏR

TİPİİ-də "forsayt" seminarı keçirilmişdir

27.04.2017

27 aprel 2017-ci il tarixində TİPİİ-də Sankt-Peterburqdan gəlmiş “Znaniyevıy reaktor” (“Bilik reaktoru”) layihə qrupunun əməkdaşları tərəfindən forsayt seminarı keçirilmişdir. Forsayt  (Foresight)  - uzunmüddətli proqnozlaşdırma texnologiyası, gələcəyin ölçülüb-biçilmiş, razılaşdırılmış obrazının yaradılması üsuludur. Onun əsasında böyük ekspert panelləri ilə iş texnologiyası durur – yüzlərlə ekspert öz biliyi, rəyi və gözləntiləri ilə bölüşür.  Cavabların emalı prosesi tam təsəvvürün formalaşmasını təmin edir. Ekspert panellərinin işinin nəticəsi olan  inkişaf ssenarisi qərar qəbul edənlərlə müzakirə edilir. Beləliklə, forsayt bütün maraqlı tərəflər üçün aydın və qəbuledilən gələcəyin ümumi obrazını yaradır.

Peterburqlu mütəxəssislərin təhsilin inkişaf perspektivlərinə həsr etdiyi forsaytinqdə Təhsil İnstitutunun və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları, alimlər, məktəb direktorları, müəllimlər iştirak etmişdir. İlk forsaytinq təcrübəsi münasibətilə iştirakçıları təbrik edirik.

FOTO