"Peşəkar ol" proqramı davam edir
27.04.2017
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu pedaqoji ali məktəblərdə təhsil alan IV kurs bakalavr və magistrlar üçün təşkil etdiyi "Peşəkar ol" proqramı davam edir
Aprelin 27-də TİPİİ-nin əməkdaşı Aqil Həsənov iştirakçılara "Şagirdlərin Təliminin Texnologiya ilə Əlaqələndirilməsi" mövzusunda seminar keçib.
Növbəti həftələrdə iştirakçılar "Pedaqoji valeologiya", "Auditoriya ilə iş" və "Media savadlılığı" mövzularında seminarlarda iştirak edəcəklər. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara sonda sertifikat veriləcək.