XƏBƏRLƏR

"Rus dili xarici dili kimi" mövzusunda seminar keçirilmişdir

28.04.2017

28 aprel tarixində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən növbəti "Refleksiv müəllim" seminarı "Rus dili xarici dil kimi" mövzusunun tədrisi metodikasına həsr edilmişdi. Seminar iştirakçıları ilə öz təcrübəsini Xəzər rayonu 124 nömrəli orta məktəbin rus dili müəllimi Gülçöhrə İbrahimova bölüşmüşdür..

Seminarda rus dilinin tədrisi metodikası üzrə görkəmli mütəxəssislər və dərslik müəllifləri, 36 saylı tam orta məktəbin rus dili müəllimi əməkdar müəllim Solmaz Hüseynova, pedaqoji elmlər doktoru, professor, Gürcüstan Respublukası Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Çingiz Bədəlov, Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən rus dili üzrə elmi-metodik seminarının rəhbəri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Nailə Bədəlova, “Abituriyent” jurnalının məsul katibi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru  Hikmət Kazımov, Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov iştirak etmişdir.

Növbəti "Refleksiv müəllim" seminarlarında iştirak etmək üçün QEYDİYYATdan keçmək tələb olunur.

FOTO