Bölgələrdə ixtisasartırma təlimlərində iştirak etmiş müəllimlərin yekun qiymətləndirilməsinə start verilmişdir
12.05.2017
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Qiymətləndirmə şöbəsi tərəfindən bölgələrdə ixtisasartırma təlimlərində iştirak etmiş Azərbaycan dili, riyaziyyat və ibtidai sinif müəllimlərinin yekun qiymətləndirilməsinə bugündən start verilmişdir.
"Təhsildə İnnovativ Texnologiyalar" (İTE) Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş 120 saatlıq ixtisasartırma təlimlərində Hacıqabul, Xaçmaz, Saatlı, Sabirabad, İmişli, Masallı, Cəlilabad, Şirvan və Gəncə olmaqla 9 bölgədə çalışan 3500 müəllim iştirak etmişdir. Təlimləri başa vurmuş müdavimlər TİPİİ Qiymətlədirmə şöbəsi tərəfindən təşkil edilən yekun imtahanlarda iştirak edəcək və müvafiq sertifikatlarla təmin olunacaqlar. Müəllimlər 2 saat ərzində onlara ixtisasları üzrə təqdim olunmuş 60 suala cavab verəcəklər.
İmtahanlar iyun ayının 5-nə qədər davam edəcək.