XƏBƏRLƏR

Qiymətləndirmə şöbəmiz Saatlı şəhərində müəllimlərinin yekun qiymətləndirilməsini keçirib

15.05.2017

Mayın 15-də Saatlı şəhər 2 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Qiymətləndirmə şöbəsi tərəfindən rayon ümumtəhsil məktəblərinin ixtisasartırma təlimlərində iştirak etmiş Azərbaycan dili, riyaziyyat və ibtidai sinif müəllimlərinin yekun qiymətləndirilməsi keçirilib.

"Təhsildə İnnovativ Texnologiyalar" (İTE)  Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş 120 saatlıq ixtisasartırma təlimlərində rayon ümumtəhsil məktəblərində çalışan 165 ibtidai sinif, 84 riyaziyyat  və 75 Azərbaycan dili müəllimimi olmaqla, ümumilikdə 324 müəllim iştirak edib. Təlimləri başa vurmuş müdavimlər bu gün TİPİİ Qiymətlədirmə şöbəsi tərəfindən təşkil edilən yekun imtahanlarda iştirak edib və müvafiq sertifikatlarla təmin olunacaqlar. Müəllimlər 2 saat ərzində onlara ixtisasları üzrə təqdim olunmuş 60 sualı cavablandırıblar.

FOTO