11 saylı internat məktəbində "Oynayaraq öyrənək" layihəsi çərçivəsində uşaqlar üçün didaktik oyunlar keçirilmişdir
16.05.2017
16 may tarixində Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində “Oynayaraq öyrənək” layihəsi çərçivəsində məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün didaktik oyunlar təşkil edilmişdir. Didaktik oyunlarda moderatorluq ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tərəfindən edilmişdir. Qeyd edək ki, tələbələr layihənin birinci fazasında TİPİİ-nin əməkdaşları Elnarə Cavadova və Fəxri Məmmədli tərəfindən hazırlanmış “Didaktik oyunlar. Nəzəriyyə və təcrübə” mövzusunda seminarlarda iştirak etmiş, müvafiq bilik və bacarıqlar qazanmışlar. Tələbələrin keçirdiyi didaktik oyunlar uşaqlar tərəfindən maraqla qarşılanmışdır, internatın tərbiyəçi və müəllimləri ilə didaktik oyunların əhəmiyyəti müzakirə edilmişdir.
Hazırda layihə rəhbərləri məktəbəhazırlıq qruplarında istifadə üçün yararlı olan “Didaktik oyunlar kataloqu”nun üzərində təkmilləşmə işləri aparır.
“Oynayaraq öyrənək” layihəsi Bakı şəhərinin parklarında və qapalı təhsil müəssisələrində davam edəcəkdir.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrini ilk sosial layihədə iştirak etmələri münasibəti ilə təbrik edirik!