XƏBƏRLƏR

51 nömrəli məktəbdə esse alqoritminin tətbiqi üzrə praktik məşğələ keçirilmişdir

30.05.2017

30 may 2017-ci il tarixində Səbail rayonu 51 nömrəli məktəbdə TİPİİ-nin Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova 8-ci sinifdə  esse yazı alqoritminin tətbiqi üzrə praktik məşğələ təşkil etmişdir. Məşğələdə şagirdlərə aldıqları nəzəri biliklərin tətbiqi məqsədilə C.Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin ideya istiqamətinin təhlilinə həsr edilmiş “Qurbanəli bəyin gülünc vəziyyətə düşməsinin səbəblərini nədə görürəm” mövzusunda esse yazmaq təklif olunmuşdur. . Şagirdlərlə aparılan məşğələni məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri müşahidə etmiş, elmi-nəzəri məsələlərin tədris prosesində  təcrübəyə tətbiqinin  ardıcıllığını izləmişdir.

Məşğələnin məqsədi tədris prosesində yazı işinin  səmərəli  təşkili yollarını göstərmək idi.

Ustad dərslər digər təhsil müəssisələrində də keçiriləcəkdir.

FOTO