XƏBƏRLƏR

"Təbiətlə insanların vəhdəti" : Təbiət qoynunda keçən dərslər

16.06.2017

Ümumdünya  ətraf mühitin mühafizəsi  günü planetimiz və onun resursları barəsində  maarifləndirmə məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan ən böyük tədbirdir. “Təbiətlə insanların vəhdəti” 2017-ci ildə keçiriləcək  tədbirin mövzusu seçilmişdir. Bu təbir  təbiətin gözəlliyini, ruhumuza və səhhətimizə müsbət təsirini şagirdlərinizə xatırlatmaq üçün  əla fürsətdir.

TİPİİ BMT-nin təşəbbüsü 5-12 iyun tarixinlərində “Ümumdünya ətraf mühitin mühafizəsi günü”nü qeyd etmək üçün müəllimlərə dərslərini açıq havada, təbiət qoynunda keçirməyə çağırdı. Çağırışımıza qoşularaq dərslərini təbiət qoynunda keçən və dərs zamanı çəkilən fotoları Sizə təqdim edirik. "Təbiətlə insanın vəhdəti" devizi ilə həyata keçiriən təbiət qoynunda keçirilən dərslərə qoşulan məktəblərə, müəllim və şagirdlərə təşəkkürümüzü bildiririk.

FOTO