Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərə faydalı məlumatlar #2
30.09.2016
Uşaqların inkişaf üçün aşağıdakı zəruri şəraitlər təmin edilməlidir: - uşaqlar fəaliyyət üçün stimullaşdırılır; - uşaq gündə 1000 sual verir; - gündə minimum 500 cavab alır; - sualları böyüklər tərəfindən müsbət dəyərləndirilir; - dünyanın rasional olduğu, heç nəyin məqsədsiz yaranmadığı ona izah olunur; - biliyə marağın emosional sağlamlıq forması olduğu izah edilir; - ləyaqətinin cəmiyyətdə etiraf edilməsi özünü doğrultmasına kömək edir; - sağlam marağına məhdudiyyət qoyulmayacağına güvənir.
Uşaqların aşağıdakı zəruri tələbləri ödənilməlidir: - uşaqların valideynləri ilə ünsiyyəti təmin edilir; - digər böyüklərlə (yaxın qohumlar, müəllimlər, sosial əhatə subyektləri) ünsiyyəti təmin edilir; - başqa ailələrdə nahar edir; - başqa ailələrdə gecələyir; - hər bir ailənin öz adətləri (salamlaşma, zarafatlar, ailəyə məxsus sözlər, dualar və s.) olduğunu bilir; - yeri gəldikdə başqaları üçün nümunə göstərir; - yeri gəldikdə başqa uşaqlar ona nümunə göstərir; - inciyəndə küsür və barışır; - bəzi böyüklərin davranışını təkrar etməyi bacarır və hətta zəruri olduğunu anlayır; - yeri gəldikdə hərəkətlərinə böyüklərin müsbət reaksiyasını kənardan görür; - yeri gəldikdə öz ailəsinə yeni davranış tərzi gətirir.
Mənbə : Folker Ssenenin “Uşaqlar nəyi bilməlidir” kitabı.