"İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda seminar öz işinə başlamışdır
15.06.2017
15 iyun tarixində "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda seminar öz işinə başlamışdır. Seminar Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi olan "Şərq tərəfdaşlığı ölkələrində demokratik vətəndaşlıq və insan hüquqları təhsilinin təşviqi" layihəsi çərçivəsində həyata keçirilir. Qeyd edək ki, eyni mövzulu seminar cari ilin yanvar və may aylarında da keçirilmişdir. Seminara olan böyük marağı nəzərə alaraq, yeni qrup müəllimlər üçün ikinci dövrə seminar həyata keçirilir. Moderatorlar Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalskadır.