"Nitq qüsurlarının korreksiyası" təlim kursu başa çatmışdır
30.06.2017
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə təşkil etdiyi "Nitq qüsurlarının korreksiyası" təlim kursu başa çatmışdır.
Təlimlərdə ibtidai sinif müəllimləri və məktəbəhazırlıq siniflərində dərs deyəcək müəllimlər iştirak etmişdir. Təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşı Vüsalə Həsənova tərəfindən aparılıb.
İştirakçılar nitq qüsurları və onların yaranma səbəblərini, tələffüz qüsurlarının korreksiyası metodlarını, düzgün yazı vərdişlərinin formalaşdırılması üçün xırda matorikanın inkişafı üsullarını öyrəndilər.