XƏBƏRLƏR

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda təlim kursları davam edir

03.07.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə) təşkil etdiyi “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlim kursları davam edir.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd edilmişdir ki, “Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəhazırlıq təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.” Dövlət strategiyasından irəli gələn bu siyasətin reallaşdırılması məqsədilə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün keçirilən bu təlim nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.

Təhsi İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən 6 günlük təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.

FOTO