XƏBƏRLƏR

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda ixtisasartırma təlimlərinə start verildi.

20.07.2017

12-19 iyul 2017-ci il tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və UNİCEF-in  təşkilatçılığı ilə Ucar rayonunda bir qrup müəllim üçün "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda təlim keçirilmişdir. Proqram çərçivəsində müəllimlər "Məktəbəhazırlığın məqsəd və vəzifələri", "İnkişaf və təlim standartları", "Uşağın inkişafında oyunların rolu", "Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları", "Perspektiv və cari planlaşdırma" və s. mövzularda praktik məşğələlərdə iştirak etmişdir.

Bu təlimin proqramı  Məktəbəqədər Təhsil Kurikulumun təkmilləşdirilmiş layihəsi əsasında hazırlanmışdır.