XƏBƏRLƏR

Beynəlxalq konfransda iştiraka dəvət

27.07.2017

            “Savadlılıq və Müasir Cəmiyyət: Məkan, Mühakimə və Təcrübə” mövzusunda 2-ci beynəlxalq konfrans

28-29 noyabr 2017-ci il

“Filoxenia” konfrans mərkəzi, Nikosia, Kipr

         Konfransın məqsədi savadlılığın müxtəlif aspektləri və formalarının öyrənilməsinə yardım etmək və müvafiq məsələlərin müzakirəsini asanlaşdırmaqdır. Konfrans müəllimlər, bakalavrlar, aspirantlar və doktorantlar, alimlər, tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri (QHT-lər) və həmçinin dil və savadlılığın təbliği, savad təhsili ilə məşğul olan digər maraqlı tərəflərə ünvanlanır.

         Konfransda iştirak aşağıdakı mövzulardan biri barədə şifahi təqdimat, poster (plakat), simpozium və ya seminarın hazırlanması şəklində olacaqdır:

- Dil, savadlılıq və ya tədris təcrübəsi

- Fövqəladə savadlılıq və erkən yaşlarda  savadlılıq

- Savadlılıq, kurikulum və təhsil siyasəti

- Müəllimin peşəkar inkişafı və savadlılıq

- Multisavadlılıq, multimodallıq və yeni informasiya və kommunikasiya texnologiyaları

- Bilinqvizm, multilinqvizm və multikultural təhsil

- Savadlılıq, sosial təcrübələr və qeyri-formal təhsil

- Savadlılıq və ədəbiyyat

- Dil və savadlılıq tədqiqatlarına nəzəri yanaşmalar

         Müəllimlər konfransda iştirak formalarından birini seçib (yazılı təqdimat, poster, simpozium və ya seminar), bu barədə öz təkliflərini hazırlayıb, Konfransın internet saytında (http://www.pi.ac.cy/literacy) yerləşdirilmiş forma ilə birgə 2017-ci il sentyabrın 10-dan gec olmayaraq təqdim edə bilərlər.

Təkliflər literacy_cyprus@cyearn.pi.ac.cy elektron ünvanına göndərilməlidir.

Konfransda iştirak pulsuzdur. (QEYD: Gediş-gəliş bileti, otel və gündəlik xərclər iştirakçıların hesabınadır.)

Iştirakçı sayı 300-dür.

        Qeydiyyat prosesi barədə məlumat daha sonra Konfransın internet saytında veriləcəkdir: http://www.pi.ac.cy/literacy.