YUNESKO müsabiqəsinin qalibləri
02.08.2017
YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsi (ASPnet) qlobal müsabiqəsinin "Qəlblərimizi və zehinlərimizi qaçqınlara açaq" mövzusunda mükafat mərasimində 10 ölkəni təmsil edən şagirdlər və müəllimlər 6 iyul 2017-ci il tarixində Parisdə - YUNESKO-nun baş qərargahında, mükafatlandırıldılar.
Cari ilin əvvəlində YUNESKO Tolerantlıq Federal Tədqiqat və Metodik Mərkəz - Tolerantlıq Mərkəzi ilə birgə şəkillər, kollajlar, qısa hekayələr və videokliplər hazırlanması üzrə müsabiqə elan etmişdi. Onun məqsədi qaçqınların hüquqlarına dair məlumatlılığın artırılması və onlara hörmət və dəstək göstərilməsinin vacibliyi idi. ASPnet prioriteti olan Qlobal Vətəndaşlıq Təhsili ilə uyğunlaşdırılmış bu müsabiqə 11000 ASPnet üzv məktəbinə açıq idi. Müsabiqə şagirdləri müxtəlif mədəniyyətləri təbliğ etmək üçün fərqli bədii ifadələrdən və müxtəlifliyi qiymətləndirən beynəlxalq terminlərdən istifadə etməyə təşviq edirdi. Qeyd edək ki, Azərbaycandan olan ASPnet məktəbləri də müsabiqəyə xeyli iş göndərmişdilər.
Bütün dünyadan qəbul edilmiş ərizələr arasından münsiflər heyəti məktəbəqədər, ibtidai və orta məktəb müəssisələri nominasiyalarında 10 qalib müəyyən etmişdir. Münsiflər heyəti, mövzuyla əlaqəli ifadə etdiyi güclü ismarıclara əsaslanaraq əlavə 4 işə həvəsləndirici mükafat təqdim etmişdir.
I, II və III mükafatı qazanmış məktəblər tədris materiallarının alınması üçün uyğun olaraq 2 000, 1 500 və 1 000 ABŞ dolları alacaqlar.
Mərasimdə YUNESKO-nun Təhsil Sektorunun İcra Aparatının direktoru və Təhsil üzrə Baş direktor köməkçisi cənab Svein Osttveyit şagirdlərə müraciət edərək deyib: “Əsərlərinizdən öyrəndik ki, qaçqınlar haqqında məlumatlanmaq üçün araşdırma aparmısınız. Özünüzü onların yerinə qoyub yaradıcılığınızı istifadə edərək bildirdiniz ki, hamımız, sizin kimi, qəlblərimizi və zehinlərimizi açaraq birlikdə yaşamağı öyrənməliyik."
Əsərlər UNESCO və Tolerantlıq Mərkəzinin web-səhifələrində nümayiş olunacaq.
Laureatlarla tanış olun:
Məktəbəqədər təhsil müəssisələri kateqoriyası:
- I yer: Saulespuķe xüsusi təhsil müəssisəsi, Bauska Bələdiyyəsi, Latviya
Kollaj: Adsiz (Untitled)
- II yer: Hersoq-Novi, Çernoqoriya, “Nasa radost” ictimai məktəbəqədər təhsil müəssisəsi
Rəsm/Kollaj: Uşaqlar üçün sevgi və ümid evi ( Children's world house of love and hope for all)
- III yer: Barselona, İspaniyadan Escola Virolai Griu
Rəsm /Kollaj : Adsız (Untitled)
- Həvəsləndirici mükafat: Sterrenbos Hamme, Hamme, Belçika
Rəsm / Kollaj: Adsız (Untitled)
İbtidai məktəb kateqoriyası:
- I yer - ex-aequo (eks - ədalət prinsipləri): Trikala 13-cü İbtidai məktəbi, Yunanıstanın Trikala şəhərindən
Rəsm: Adsız (Untitled)
- I yer - ex-aequo (eks - ədalət prinsipləri): Fransa, Parisdən École Internationale Bilingue Victor
Kollaj: Qəlblər və zehinlər qaçqınlara açıqdır (Cœurs et esprit ouverts aux réfugiés)
- II yer: San Nicolás de los Garza, Nuevo León, Meksikadan Colegio Americano Anáhuac
Şəkil: İtkin ev (Extrañando el hogar)
- III yer: Hamre, Belçika'dan Sterrenbos Hamme
Rəsm / Kollaj: Untitled
- Həvəsləndirici mükafat: Hamme, Belçikadan Sterrenbos Hamme
Rəsm/Kollaj: Adsız (Untitled)
Orta məktəb kateqoriyası:
- I yer: Center Régional d'Enseignement Technique et de Formation Lome, Toqo Professionnelle rayon Maritime (CRETFP-RM)
Videoklip: 2Qaçqınlara dəstək” (Soutenons les réfugiés)
- II yer: S. Domingos de Rana, Portuqaliyadan Agrupamento de Escolas Frei Gonçalo de Azevedo
Videoklip: “Bizə siz lazımsınız”
- III yer: Sharjah, Birləşmiş Ərəb Əmirlikıərindən Al Itqan Amerikan Məktəbi
Qısa hekayə: “Bir həftə”
Həvəsləndirici mükafat:
- Bakı, Azərbaycan, Bakı Avropa Liseyi
Videoklip: “Qaçqınlara ürəklərimizi açaq”
- Madrid, İspaniyadan IES Ramiro de Maeztu
Hekayə: “140 simvol içərisində bir yolçuluq” (Un voyage en 140 caractères)
Bakı Avropa Liseyinin kollektivini bu qələbə münasibəti ilə təbrik edirik! Afərin, uşaqlar!