XƏBƏRLƏR

Bakı Avropa Liseyinin yeni uğuru

02.08.2017

3-7 iyul tarixlərində  Moldovanın Kişinyov şəhərində YUNESKO-nun “Rəqəmsal dövranda pedaqoji innovasiyalar sahəsində əməkdaşlığın qurulması” mövzusunda beynəlxalq konfransı keçirilmişdir. 10 ölkənin iştirak etdiyi tədbirdə Azərbaycanı  Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini və Assosiativ məktəblər şəbəkəsi üzrə əlaqələndiricisi  Rahilə Əliyarzadə təmsil etmişdir.

Konfransda Bakı Avropa Liseyi Böyük Britaniyanın “Nisai Group”-nun “ICT for a Green Economy" adlı xüsusi mükafatı ilə təltif olunmuşdur. Liseyə  2750 funt sterlinq məbləğində “Nisai Learning Credits” təqdim edimişdir. Sentyabr ayından başlayaraq  liseyin 50-yə yaxın şagirdi  müxtəlif fənlər üzrə "Nisai Group"  rəqəmsal platformasına ödənişsiz qoşulma, online təhsilalma və beynəlxalq sertifikat qazanma imkanı əldə edəcəkdir.

YUNESKO təşəbbüslərində fəal iştirak edən lisey kollektivini ürəkdən təbrik edirik!