YUNESKO-nun baş direktoru İrina Bokovanın Beynəlxalq Sülh Günü münasibətilə müraciəti
21.09.2017
21sentyabr 2017-ci il
Sülh naminə birlik: Hər kəsə hörmət, təhlükəsizlik və ləyaqət
Beynəlxalq Sülh Günü dinc və dayanıqlı bir dünya qurmaq üçün qlobal həmrəyliyin gücünü qeyd edir.
Bu gün, bənzəri görülməmiş çətinliklər zamanında, sülh çox önəmlidir. Nifrət və qeyri-tolerantlıq yayan yeni bölünmə qüvvələri ortaya çıxdığı bir dövrdə terrorizm zorakılığı artırır, zorakı ekstremizm isə həssas gənclərin düşüncələrini zəhərləyir. Dünyanın ən kasıb və az inkişaf etmiş ölkələrində iqlim dəyişmələrindən irəli gələn fəlakətlər məcburi miqrasiyanı və zorakılıq riskini artırır.
Sülh baryerləri mürəkkəb və kəskindir – heç bir ölkə onun öhdəsindən təkbaşına gələ bilməz. Bunu etmək üçün mümkün olduğu qədər erkən başlayan həmrəylik və birgə fəaliyyət tələb olunur.
Bu, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterresin sülhü qorumağa yönəlmiş çağırışına dəstəkdir.
Dəyişiklik dünya miqyasında bir yarışdır – məqsədimiz insan haqlarını qorumaq şərtilə bu dəyişikliyə qucaq açmaq, daha ədalətli, inklüziv və dayanıqlı bir gələcək qurmaq üçün onu müsbət istiqamətdə formalaşdırmaq olmalıdır.
Sülh mədəniyyəti bir dialoq və sülhün pozulmasının qabaqlanmasıdır. Bu kontekstdə BMT-nin rolu heç vaxt bu qədər önəmli olmamışdır. Dayanıqlı İnkişaf Məqsədləri - 2030-a görə, "Sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh mümkünsüzdür". Eyni fikir, Təhlükəsizlik Şurasının və Baş Assambleyanın 2016-ci ildə 'Sülhün davam etdirilməsi' mövzusunda qəbul olunmuş qətnamələrində də öz əksini tapır.
Bizim, dialoq və hörmət əsasında razılaşdırılmış, əsas səbəblərin həllinə yönəlmiş, qanunun aliliyinin gücləndirilməsi və dayanıqlı inkişafı təbliğ etmək üçün yeni bir kompleks yanaşmaya ehtiyacımız var. Bu məqsəd təhsilin, ifadə azadlığının, mədəniyyətlərarası dialoqun, insan hüquqlarına və mədəni müxtəlifliyə hörmətin, elmi əməkdaşlıq vasitəsilə sülhün bərqərar olmasına dair YUNESKO-nun bütün addımlarına rəhbərlik edir.
Bu Beynəlxalq Sülh Günündə hamımız qlobal həmrəyliyə sədaqətimizi təsdiq etməliyik. Sülhü davam etdirmək üçün biz hər gün, hər cəmiyyətdə, hər bir qadın və kişi ilə birgə, hər kəs üçün daha yaxşı gələcək qurmaq üçün birgə işləməliyik.