"Açıq tipli sualların qiymətləndirilməsi" seminarı keçirilmişdir.
27.09.2017
26 sentyabr 2017-ci il tarixində Abşeron Rayon Təhsil Şöbəsinin dəvəti ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva “Açıq tipli sualların qiymətləndirilməsi” mövzusunda Abşeron rayon məktəblərinin ibtidai təhsil üzrə direktor müavinləri, metodistlər və müəlliməri ilə üçün seminara rəhbərlik etmişdir.
“İbtidai təhsil səviyyəsi üzrə məktəbdaxili qiymətləndirmələrin təşkili”, “Qiymətləndirmə növlərinə uyğun vasitələrin hazırlanması”, “Şagirdlərin təlim fəaliyyətini izləmək üçün qiymətləndirmə meyarlarının və rubriklərin tərtibatı”, “Qapalı və açıq tipli sualların xüsusiyyətləri”, “Açıq tipli sualların yoxlanması, qiymətləndirmə balları və qiymət” mövzularına toxunan seminarın əsas məqsədi məktəbdaxili qiymətləndirmələrdə istifadə olunan açıq tipli sualların qiymətləndirilməsi yollarını izah etmək və bu sahədə müəllim bacarıqlarını inkişaf etdirmək olmuşdur.