XƏBƏRLƏR

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə ixtisasartırma təlimləri artıq yekunlaşmışdır

02.10.2017

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə ixtisasartırma təlimləri artıq yekunlaşmışdır

Bakı şəhəri və ölkənin bütün rayonlarında keçirilən "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə ixtisasartırma təlimləri artıq yekunlaşmışdır.

Təlimlərin yekun nəticələrinin qiymətləndirilməsi məqsədilə TİPİ-nin Qiymətləndirmə şöbəsi tərəfindən təlimdən keçmiş və məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün imtahan keçirilir. Qeyd edək ki, müəllimlərin təlim müddətində yiyələndikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə keçirilən imtahanlara 11 sentyabr tarixindən start verilmişdir.

İmtahanın nəticəsi olaraq müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatı veriləcəkdir.