XƏBƏRLƏR

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" üzrə mentorluq layihəsi başlandı

03.10.2017

Bu il Bakı məktəblərində açılacaq məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər mentor xidmətindən yararlana biləcəklər. 

Cari ildə "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda ixtisasartırma təlimlərində müəyyən bilik və bacarıqlar qazanmış müəllimlərə bir neçə ay ərzində mentorların köməyi ilə peşə səriştələrini artırmaq imkanı veriləcəkdir. 

Mentorluq xidmətinin təşkili məsələlərini müzakirə etmək və mentorları fəaliyyətə təşviq etmək məqsədilə 27 sentyabr 2017-ci il tarixində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinin əməkdaşları və İTE Əlavə Təhsil Mərkəzinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.