XƏBƏRLƏR

YUNESKO-nun baş direktoru İrina Bokovanın Beynəlxalq yoxsulluğun aradan qaldırılması günü münasibətilə müraciəti

17.10.2017

17 oktyabr 2017-ci il

Dayanıqlı İnkişaf Məqsədləri 2030 Gündəliyi heç kimi köməksiz qoymamağı vəd edir və 2030-cu ilədək yoxsulluğun aradan qaldırılmasına çağırır. Bunun üçün hökumətlər Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) müvafiq resurslarla dəstəkləyən səmərəli  siyasətlərə çevirmək üçün sürətlə hərəkət etməlidir. 2030-cu il Gündəliyi iddialıdır - onu irəli aparmaq üçün iddialı tədbirlər lazımdır.

2030-cu il Gündəliyi yoxsulluğun aradan qaldırılmasının sosial, iqtisadi və ekoloji aspektlərinin inteqrasiyasını vurğulayır. Buna görə də müxtəlif siyasət sahələrində inteqrasiya olunmuş fəaliyyətə ehtiyac duyulur. Təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya vasitəsilə əməkdaşlığın inkişaf etdirməsində YUNESKO-nun lider rolu  vacibdir. Təşkilatın qlobal prioritetləri olan gender bərabərliyi və Afrika  ilə yanaşı, bunlar 2030-cu il Gündəliyində  güclü təsir sahələridir; geniş məqsəd və hədəflər üçün inkişaf faktorları  kimi fəaliyyət göstərir.

Bacarıq və sahibkarlıq  birləşməlidir. Kasıblığın aradan qaldırılmasına dair milli planlar cəmiyyətin bütün təbəqələrinin səsini eşidərsə, güclənəcəkdir. Hamının əsas həyati tələbatlarına şərait yaratmaq vacibdir – minimal təhsil imkanlarına çıxış kimi. Bununla belə yoxsulluğun aradan qaldırılması bütün qadınların və kişilərin daha fəal iştirakını tələb edir. Gənclərin səlahiyyətləndirilməsi isə  uğurun açarıdır.

Yoxsulluğun aradan qaldırılması insan hüquqları üçün vacibdir - bu isə inkişafın zəruriliyi və sülh deməkdir. Vədləri gerçəkliyə çevirmək üçün hərəkətə keçməliyik. Bu, YUNESKO-nun Beynəlxalq yoxsulluğun aradan qaldırılması günü münasibətilə ismarıcıdır.