XƏBƏRLƏR

YUNESKO-nun qənaəti: Sistem işləmirsə, tək müəllim günahkar deyil

24.10.2017

Bu gün YUNESKO-nun 2017/8 Qlobal Təhsil Monitorinqinin (GEM) Hesabatı işıq üzü gördü. Sənəd hökumətlərin hamı üçün universal keyfiyyətli təhsil təmin etmək məsuliyyətini vurğulayır və bu məqsədə çatmaqda hesabatlılığın vacibliyini bəyan edir. Hesabat xəbərdarlıq edir ki, sistemli təhsil problemləri üçün hər hansı bir tərəfin daha çox günahlandırılması ciddi mənfi yan təsirlər yarada bilər, bərabərsizliyi genişləndirər və təhsilə ziyan verər.

YUNESKO-nun Baş direktoru İrina Bokova yazır:Təhsil hamımızın – hökumətlərin, məktəblərin, müəllimlərin, valideynlərin, özəl qurumların - birgə məsuliyyətidir. Burada müəllimin məsuliyyəti necə öyrətməklə, şagirdin məsuliyyəti necə öyrənməklə, hökümətlərin məsuliyyəti siyasəti necə müəyyənləşdirməklə bağlıdır. Bütün bunlar bərabərlik, inkluziya və keyfiyyət prinsipləri nəzərə alınmaqla olmalıdır."

Hesabat nümayiş etdirir ki, şagirdlərin zəif nəticələrinə və dərsdən yayınmasına görə yalnız müəllimləri ittiham etmək həm ədalətsiz, həm də qeyri-konstruktivdir. Məsələn, 2014-cü ildə Seneqalda 80 gün dərsə gəlməmək sayının yalnız 12-si müəllim məsuliyyətsizliyinin nəticəsində olmuşdur. İnsanlar onlardan asılı olmayan məsələlərə görə məsuliyyət daşımamalıdır.

GEM Hesabatının direktoru Manos Antoninis yazır: “Şagirdlərin test nəticələrinin müəllimlərə və məktəblərə qarşı sanksiya tətbiq etmək üçün istifadəsi məcbur edəcək ki, müəllim və məktəb özünü müdafiə etmək məqsədilə başqa yollara əl atsın. Bu isə daha da zəif şagirdlər buraxmaq deməkdir.”

Hesabat təhsil bərabərsizliyinə xüsusi diqqət ayırmağı tövsiyə edir. Belə ki, bu gün dünyada 264 milyon uşaq məktəbə getmir, 100 milyon gənc oxumağı bacarmır.

Hesabatla daha yaxından tanış olmaq üçün: https://gemreportunesco.wordpress.com/

Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatı müstəqil qrup tərəfindən hazırlanmış və YUNESKO tərəfindən nəşr edilmişdir. Təhsil sahəsində Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması prosesini monitorinq etmək üçün rəsmi mandatı vardır.