Ümümdünya Fəlsəfə Günü ilə bağlı seminar
20.11.2017
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda YUNESKO-nun təsis etdiyi Ümümdünya Fəlsəfə Günü ilə bağlı seminar keçirilib.
Seminarda təhsilin fəlsəfi problemlərindən, inkişaf yollarından, dünya təcrübəsindən söz açılıb. Təhsilalanlarda etik davranış, estetik zövq, müasir dünyagörüşün tələblərinə cavab verən fəlsəfi təfəkkürün formalaşmasının zəruriliyindən danışılıb, yeni kreativ yanaşmalar, inteqrativ metodların əhəmiyyəti, ünsiyyət bacarıqlarının inkişafı önə çəkilib.
İnteraktiv formatda keçən seminarda təhsil fəlsəfəsi, fəlsəfənin ali təhsil müəssisələrində tədrisi, etika və estetika, humanistik və milli dəyərlərin qorunması, multikulturalizm və azərbaycançılıq ideologiyası ilə bağlı fikir mübadiləsi aparılıb, maraqlı təkliflər irəli sürülüb.