XƏBƏRLƏR

"Payız məktəbi" sona çatdı

21.11.2017

”Emosiyalar və təhsil” mövzusunda keçirilən “Payız məktəbi” sona çatdı. Müəllimlər emosiyalarını düzgün ifadə etmək, gündəlik iş şəraitində psixi-emosional problemlərlə mübarizə, həmçinin emosional zəkanın (intellektin) inkişafı və s. istiqamətlərdə biliklərini dərinləşdirdilər. Təlim və seminarlardan uğurla keçmiş müdavimlər sertifikatlarla təltif olundu.