XƏBƏRLƏR

TİPİİ-də Beynəlxalq inkişaf naminə davamlı turizm ili mövzusunda seminar keçirilir.

28.11.2017

Seminarda Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli”-nin mahiyyətindən, məqsədlərindən bəhs edilir. 12 akademik saatlıq proqramda “inklüziv və davamlı iqtisadi artım” , “sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması”, “resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi”, “ mədəni dəyərlər, müxtəliflik və irs”,” qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik” kimi mövzuların turizmin inkişafına təsiri nəzərdən keçirilir. Seminarda məktəbdənkənar müəssisələrin əməkdaşları iştirak edir. Proqramın müəllifi  İnstitutun baş mütəxəssisi Fəxri Məmmədlidir.