XƏBƏRLƏR

Azərbaycan mədəniyyətinin təntənəsi – Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir.

04.12.2017

YUNESKO-nun baş direktoru İrina Bokovanın qərarı ilə 44 ölkədən 64 şəhər qurumun "Yaradıcı Şəhərlər Şəbəkəsi" üzvlüyünə daxil edilib. "Yaradıcı şəhərlər şəbəkəsi”nin yaradılması sabit və inkluziv urbanizasiyanın aparıcı qüvvələri sayılan innovasiya və kreativliyin inkişafına dəstək göstərmək üçün YUNESKO-nun həyata keçirdiyi səylərin önündə gedir. Şəbəkə yerli səlahiyyətli orqanlar tərəfindən artan maraqla qarşılanır.

“Öncədən şəbəkəmizdə təmsil olunmayan ölkələrdən yeni təyin olunmuş 19 şəhər, şəhər profilləri arasında coğrafi balans və artmış müxtəlifliyi sərgiləyir,” – deyə YUNESKO-nun baş direktoru İrina Bokova bildirib. Əməkdaşlıq çərçivəsində o da təklif olunmuşdur ki, YUNESKO-nun qlobal prioriteti olan Afrika regionundan namizəd şəhərlər dəstəklənsin, Bu təşəbbüs 9 Afrika şəhərinin siyahıya əlavə olunması kimi həqiqi uğurla nəticələnmişdir.

YUNESKO-nun yeni seçilmiş 64 yaradıcı şəhəri aşağıdakılardır:

  • Alba (İtaliya) – Qastronomiya
  • Almata (Qazaxıstan) – Musiqi
  • Amarante (Portuqaliya) – Musiqi
  • Oklend (Yeni Zelandiya)- Musiqi
  • Bagio şəhəri (Filippin)- Sənətkarlıq və xalq sənəti
  • Barseluş (Portuqaliya) – Sənətkarlıq və xalq sənəti
  • Braqa (Portuqaliya)- Media sənəti
  • Brazilia (Braziliya) –Dizayn
  • Bristol (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) –Kinematoqrafiya
  • Bruno (Çex Respublikası)- Musiqi
  • Puçxon (Koreya Respublikası)- Ədəbiyyat
  • Bonaventura (Kolumbiya) –Qastronomiya
  • Qəhirə (Misir) – Sənətkarlıq və xalq sənəti
  • Keyp Taun (Cənubi Afrika) – Dizayn
  • Karrara (İtaliya)- Sənətkarlıq və xalq sənəti
  • Çanqşa (Çin) –Media sənəti
  • Çennai (Hindistan)- Musiqi
  • Çianq May (Tayland)- Sənətkarlıq və xalq sənəti
  • Çördələk (Ekvador)- Sənətkarlıq və xalq sənəti
  • Koçabamba (Boliviya) –Qastronomiya
  • Dequ Metropolitan şəhəri (Koreya Respublikası)- Musiqi
  • Dubay (Birləşmiş Ərəb Əmirlikləri)- Dizayn
  • Durban (Cənubi Afrika)- Ədəbiyyat
  • Frutilar (Çili)- Musiqi
  • Qabrovo (Bolqarıstan)- Sənətkarlıq və xalq sənəti
  • Cilonq şəhəri (Avstraliya)- Dizayn
  • Quadalaxara (Meksika)- Media sənəti
  • Hatay (Türkiyə)- Qastronomiya
  • İstanbul (Türkiyə) –Dizayn
  • Coao Pessoa (Braziliya) – Sənətkarlıq və xalq sənəti
  • Kanzas şəhəri (Amerika Birləşmiş Ştatları)- Musiqi
  • Koldinq (Danimarka)- Dizayn
  • Kortrijk (Belçika)- Dizayn
  • Kojitse (Slovakiya)- Media Sənəti
  • Kütahya (Türkiyə)- Sənətkarlıq və xalq sənəti
  • Lillehammer( Norveç)- Ədəbiyyat
  • Limoj (Fransa) – Sənətkarlıq və xalq sənəti
  • Lodz (Polşa)- Kinematoqrafiya
  • Makao Özəl Administrativ regionu (Çin) (UNESCO-nun Assosiasiya üzvü) - Qastronomiya
  • Madaba (İordaniya)- Sənətkarlıq və xalq sənəti
  • Mançester (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı)- Ədəbiyyat
  • Meksiko şəhəri (Meksika)- Dizayn
  • Milan (İtaliya)- Ədəbiyyat
  • Morelia (Meksika) Musiqi
  • Norköpinq (İsveç)- Musiqi
  • Uaqaduqu (Burkina-Faso)- Sənətkarlıq və xalq sənəti
  • Panama şəhəri (Panama)- Qastronomiya
  • Pezaro( İtaliya)-Musiqi
  • Porto-Novo (Benin)- Sənətkarlıq və xalq sənəti
  • Praya(Kabo-Verde)- Musiqi
  • Qingdao (Çin)- Film
  • Kvebek (Kanada)- Ədəbiyyat
  • San-Antonio şəhəri  (Amerika Birləşmiş Ştatları)- Qastronomiya
  • Sietl (Amerika Birləşmiş Ştatları)- Ədəbiyyat
  • Şəki (Azərbaycan)- Sənətkarlıq və xalq sənəti
  • Sokode (Toqo)- Sənətkarlıq və xalq sənəti
  • Terrassa (İspaniya)- Kinematoqrafiya
  • Tetuan (Mərakeş)- Sənətkarlıq və xalq sənəti
  • Toronto (Kanada)- Media sənəti
  • Tunis (Tunis)- Sənətkarlıq və xalq sənəti
  • Utrex (Niderland)- Ədəbiyyat
  • Vuhan(Çin) –Dizayn
  • Yamaqata şəhəri (Yaponiya)- Kinematoqrafiya

2004-cü ildən bəri YUNESKO Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olan ölkələrin yeddi sahə üzrə yaradıcılığını önə çəkir: Sənətkarlıq və xalq sənəti, Dizayn, Kinematoqrafiya, Qastronomiya, Ədəbiyyat, Media Sənəti və Musiqi. Hazırda şəbəkədə ümumilikdə 72 ölkədən 180 şəhər var.

Coğrafi, demoqrafik və ya iqtisadi cəhətdən fərqlənsələr də, bütün yaradıcı şəhərləri birləşdirən bir cəhət vardır. Bu şəhərlər yaradıcı sahələri təşviq etmək, mədəni həyatda iştirakı gücləndirmək və mədəniyyəti urban inkişaf siyasətinin bir hissəsinə çevirmək üçün böyük səylə ən yaxşı innovativ təcrübələri inkişaf etdirir və bu təcrübələrin mübadiləsini aparır.

Birləşmiş Millətlər Təşkilatının 2030-cu il üçün nəzərdə tutulmuş  “Dayanıqlı İnkişaf Gündəliyi”ndəki məqsədlərə uyğun olaraq, şəhərlərin sabit inkişafında mədəniyyətin aparıcı rolunu nümayiş etdirmələri üçün üzv şəhərlər Şəbəkə tərəfindən platforma ilə təmin edilir. Yaradıcı Şəhərlər Şəbəkəsinin növbəti illik görüşünün 2018-ci ilin iyun ayında Krakov və Katovicedə (Polşa) keçirilməsi planlaşdırılmışdır.